• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında ya “Spetsiya” qalacaq, ya da “Verona” – TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 23:0

Artıq A seriyasında bu liqadan Çempionlar Liqasına (ÇL) ayrılan digər 3 vəsiqənin sahibi müəyyənləşib.


“Football-plus.az” xəbər verir ki, başqa sözlə, bu turnirdə iştirak uğrunda mübarizəyə yekun vurulub. Mövsümün sonuncudan əvvəlki turunda qeydə alınan nəticələrdən sonra İtaliyanı ÇL-də “Napoli”dən sonra “Latsio”, “İnter” və “Milan”ın təmsil edəcəyi rəsmiləşdi.
Finişə 5 tur qalmış çempion olan “Napoli” səfər oyununda “Bolonya” ilə məhsuldar heç-heçəyə (2:2) razılaşdı. Halbuki cənublular ilk bir saatlıq mübarizədə rəqib qapısından iki top keçirmişdilər. Dubl edən Osimhen mövsüm ərzində vurduğu qolların sayını 25-ə çatdırmaqla bombardirlərin siyahısındakı liderliyini bir qədər də möhkəmləndirdi.

Tura 2-ci yerdə başlayan “Latsio” azarkeşlərini yenidən sevindirdi. Paytaxt təmsilçisi evdə “Kremoneze”yə 3:2 hesabıyla qalib gəlməklə mövqeyini qorudu. Bu qələbə isə Mauritsio Sarrinin komandasının ÇL-ə vəsiqə qazanması üçün kifayət etdi. “Qartallar”ın qitənin ən nüfuzlu klub turnirində 3 ildən sonra oynayacağını da bildirək.

“İnter” də azarkeşlərini sevindirdi. Həftəiçi ardıcıl ikinci dəfə ölkə kubokunu qazanan Simone İnzaqinin komandası ÇL-ə vəsiqə uğrunda mübarizədə əsas rəqiblərdən “Atalanta”nı 3:2 hesabıyla məğlub etdi. Milanlılar bu qələbə ilə finişə bir tur qalmış istəyinə çatdı. “Atalanta”nın Avropa Liqasına (AL), yoxsa Konfrans Liqasına (KL) vəsiqə qazanacağına isə son turda aydınlıq gələcək.

Milanın eyniadlı digər komandası da ÇL-in növbəti mövsümündə iştirakını rəsmiləşdirdi. Son çempionun bu turnirə ardıcıl 3-cü dəfə yollanması üçün “Yuventus”a uduzmamaq kifayət edəcəkdi. Stefano Pyolinin komandası Turində maksimum nəticəyə nail oldu: Jirunun vurduğu yeganə qol “Milan”ın 4-cü yerdəki mövqeyini möhkəmləndirdi. Hesabından 10 xal çıxılan “Yuventus”un avrokuboklardan hansına vəsiqə qazanacağı finişdə müəyyənləşəcək. İtaliyanın ən titullu klubu ya AL-də, ya da KL-də oynayacaq.

Hesabat turunda “Roma”nın ÇL-də iştirak etməyəcəyi də məlum oldu. Paytaxt klubu səfərdə “Fiorentina”ya uduzdu – 1:2. Qeyd edək ki, “Milan” qələbə qazandığı üçün Joze Mourinyonun komandası Florensiyada qalib gələcəyi halda belə ÇL-də iştirak hüququna yiyələnə bilməyəcəkdi. Amma romalıların bir çıxış yolu var: onlar AL-in finalında “Sevilya”nı üstələməklə istyinə çata bilərlər.

Tur “Leççe”, “Spetsiya” və “Verona” azarkeşləri üçün böyük həyəcanla keçdi. “Leççe” Montsada minimal hesabla qalib gələrək (1:0) A seriyasındakı yerini qorudu. “Spetsiya” və “Verona” bu nəticəyə nail ola bilmədi və son turda B seriyasına bu komandalardan birinin düşəcəyi dəqiqləşdi. Finiş ərəfəsində hərəyə 31 xal toplayan autsayderlər arasındakı şəxsi oyunlarda üstünlük 4 xal qazanan spetsiyalılara məxsusdu. Onlar son turda “Roma”nın, veronalılar isə “Milan”ın qonağı olacaq.

37-ci tur
Bolonya – Napoli 2:2
Ferqyuson, 63. De Silvestri, 84 – Osimhen, 14; 54. (27209)
Napoli: Qollini, Rrahmani, Kim Min Ce (Juan Jezus, 79), Olivera, Bereşinski, Zyelinski (Qaetano, 87), Lobotka, Zambo Angissa, Kvaratsxeliya (Raspadori, 66), Zerbin (Zedadka, 79), Osimhen (Simeone, 66).
Latsio – Kremoneze 3:2
Hüsay, 4. S.Milinkoviç-Saviç, 37; 89 – Qaldames, 54. Latsari, 58-öz qapısına. (64171)
Latsio: Provedel, Latsari, Romanyoli, Kazale, Hüsay, Luis Alberto (Başiç, 90), Vesino, S.Milinkoviç-Saviç, Zakkanyi (Radu, 90+1), Pedro (Felipe Anderson, 60), İmmobile.
İnter – Atalanta 3:2
Lukaku, 1. Barella, 3. Lautaro Martines, 77 – Paşaliç, 36. Muriel, 90+1. (72192)
İnter: Onana, A.Bastoni (De Vrey, 81), Açerbi, D’Ambrozio (Darmian, 83), Dimarko (Qosens, 70), Dyumfris, Barella (Asllani, 81), Brozoviç, Çalhanoğlu, Lautaro Martines, Lukaku (Ceko, 81).
Atalanta: Sportyello, Skalvini, Cimşiti, Toloy, Zappakosta, Mehle (Okoli, 86), De Roon, Koopmeyners, Paşaliç (Lukmen, 61), Ederson (Muriel, 69), Heylunn.
Yuventus – Milan 0:1
Jiru, 40. (40231)
Yuventus: Şçensnı, Danilo, Qatti, Bremer (Bonuççi, 83), Kostiç (Paredes, 63), Lokatelli, Rabyo, Kuadrado, Kyeza, Di Mariya (Milik, 63), Ken (Aylinq, 73).
Milan: Menyan, Ernandes, Tomori, Tiav, Kalabriya (Kalulu, 86), Kruniç, Tonali, Leao (Pobeqa, 82), Dias (Ballo Ture, 82), Messias (Salemakers, 56), Jiru (Orici, 86).
Fiorentina – Roma 2:1
Yoviç, 85. İkone, 88 – Əl-Şaaravi, 11. (32829)
Fiorentina: Çerofolini, Biraqi (Terziç, 46), İqor, Lukas Martines (Milenkoviç, 46), Venuti (Dodo, 62), Mandraqora, Dunkan (Kuame, 76), Saponara (Kastrovilli, 46), Barak, İkone, Yoviç.
Roma: Svilar, Lyorente, Smollinq (Mançini, 46), Bove, Zalevski (Abraham, 80), Missori, Tahiroviç, Viynaldum (Kristante, 60), Əl-Şaaravi (Çelik, 46), Solbakken (İbanyes, 71), Belotti.
Salernitana – Udineze 3:2
Kastanos, 43. Kandreva, 57. Troost-Ekonq, 90+6 – Zeqelar, 25. Nestorovski, 30. (27035)
Sampdoriya – Sassuolo 2:2
Qabbyadini, 8. Erliç, 78-öz qapısına – Berardi, 9. Enrike, 11. (24000)
Spetsiya – Torino 0:4
Vişnevski, 24-öz qapısına. Riççi, 72. İliç, 76. Karamo, 90+6. (12000)
Verona – Empoli 1:1
Qayç, 61 – Stoyanoviç, 90+6. (22831)
Montsa – Leççe 0:1
Kolombo, 90+11-p. (15039)

1. Napoli 37 27 6 4 75-28 87
2. Latsio 37 21 8 8 58-30 71
3. İnter 37 22 3 12 70-42 69
4. Milan 37 19 10 8 61-42 67
5. Atalanta 37 18 7 12 61-46 61
6. Roma 37 17 9 11 48-37 60
7. Yuventus (-10) 37 21 6 10 55-33 59
8. Torino 37 14 11 12 42-40 53
9. Fiorentina 37 14 11 12 50-42 53
10. Montsa 37 14 10 13 46-47 52
11. Bolonya 37 13 12 12 50-47 51
12. Udineze 37 11 13 13 47-47 46
13. Sassuolo 37 12 9 16 46-58 45
14. Empoli 37 10 13 14 37-47 43
15. Salernitana 37 9 15 13 48-60 42
16. Leççe 37 8 12 17 31-43 36
17. Spetsiya 37 6 13 18 30-60 31
18. Verona 37 7 10 20 30-56 31
19. Kremoneze 37 4 12 21 34-69 24
20. Sampdoriya 37 3 10 24 24-69 19
Bombardirlər: Osimhen (Napoli) - 25, Lautaro Martines (İnter) - 21, Dia (Salernitana) – 16, Lukmen (Atalanta), Leao (Milan), Nzola (Spetsiya) - 13.
Sonuncu turun oyunları iyunun 2-4-ü aralığında keçiriləcək: Sassuolo – Fiorentina, Torino – İnter, Kremoneze - Salernitana, Empoli – Latsio, Napoli – Sampdoriya, Atalanta – Montsa, Roma – Spetsiya, Leççe – Bolonya, Milan - Verona, Udineze - Yuventus.

Turun rəqəmi
11 - “Yuventus” A seriyasındakı hazırkı nəticəsinə və müəyyən sayda xalının silinməsinə görə ÇL-ə vəsiqə qazana bilmədi. “Milan”a uduzan (0:1) Alleqrinin komandasının hesabında maliyyə saxtakarlığına görə 10 xaldan məhrum ediləndən sonra 59 xal qalıb. Sonuncu tur ərəfəsində 4-cü yerdə olan “Milan”dan 8 xal geri düşən Turin klubu 2011/12 mövsümündən sonra ilk dəfə ÇL-də oynamayacaq. Yəni “ağ-qaralar”ın bu turnirdəki 11 illik seriyası qırıldı.

Turun ulduzu
Sergey Milinkoviç-Saviç (Latsio) - serb futbolçu “Kremoneze” ilə matçda komandasının çətin qələbəsində (3:2) böyük rol oynadı. Meydanda böyük həcmdə “qara iş” görən Milinkoviç-Saviç nəticəyə 2 qolla da təsir etdi.

Turun sitatı
Luçano Spalletti, “Napoli”nin baş məşqçisi: “Bəzən ən böyük sevgi ilə belə ayrılmalısan. İndi “Napoli”nin layiq olduğu hər şeyi verməyə hazır deyiləm. Mənə bir az istirahət lazımdı. Özümü yorğun hiss edirəm. Bir müddət fasilə verməliyəm. Gələn mövsüm “Napoli”ni və ya başqa heç bir komandanı çalışdırmayacağam, birilliyə futboldan gedəcəyəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

19-04-2023, 21:0

Romalılar üçün düşərli tur – TURUN ŞƏRHİ

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 17:0

A seriyasında “Napoli” üçün tarixi fakt - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu

17-05-2023, 16:0

A Seriyasının 35-ci TURUNUN ŞƏRHİ

Aktual
“Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
“Misli” kimi favorit sayır: “Neftçi”ni, yoxsa “Qarabağ”ı?
“Sabah” Murad Musayevi kubokun finalına dəvət edəcəkmi? - klubdan açıqlama
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
Son xəbərlər
  • Bu gün, 15:00
    "Şamaxı" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 14:18
    Çempionlar Liqasının qalibi müəyyənləşdi
  • Bu gün, 13:47
    “Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
  • Bu gün, 13:16
    “Misli” kimi favorit sayır: “Neftçi”ni, yoxsa “Qarabağ”ı?
  • Bu gün, 12:57
    Millimizin baş məşqçisi Avropanın ən yaxşısı seçildi
  • Bu gün, 12:28
    “Sabah” Murad Musayevi kubokun finalına dəvət edəcəkmi? - klubdan açıqlama
  • Bu gün, 11:54
    Bu gün Azərbaycan derbisi var! - YENİLƏNİR
  • Bu gün, 11:23
    Güləşçimiz Avropa çempionu oldu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:31
    Vüsalın komandası səfərdə uduzdu
  • Bu gün, 10:02
    Onun yolu İtaliyayadı?
  • Bu gün, 09:42
    “Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
  • Bu gün, 00:00
    DÇ-2026-da İranın yerinə İtaliya çıxış edəcək?
  • Dünən, 23:26
    ''Fənərbaxça''nın oyununda hakimin kobud səhvi sübuta yetirildi
  • Dünən, 22:58
    Gözlənilən ayrılıq rəsmiləşdi
  • Dünən, 22:27
    ''Böyük beşliy''in ilk qadın məşqçisi məğlubiyyətləri sıralayır
  • Dünən, 22:10
    Vernidub, Kara-Mustafa və Almeyda derbini buraxacaq
  • Dünən, 21:58
    “Milan”la oyunu buraxa bilər
  • Dünən, 21:27
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:56
    “İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik” – Kaxaber Sxadadze
  • Dünən, 20:45
    “Komandanı mən qurmamışam” - Andrey Demçenko
  • Dünən, 20:42
    5 aylıq həsrəti sona çatdı
  • Dünən, 19:59
    Qvardiola da biletlərin qiymətinə etiraz etdi
  • Dünən, 19:45
    "Hakimlər barədə çox təəccüblü və narazıyam" - Jorj Kaşkilya
  • Dünən, 19:28
    Cinsiyyətini dəyişdiyi deyilən futbolçu nəhayət, ortaya çıxdı!
  • Dünən, 19:22
    "Belə davam etsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm"
  • Dünən, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Dünən, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Dünən, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Dünən, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Dünən, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Dünən, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Dünən, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Dünən, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Dünən, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Daha çox
Oxunub: 657
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 239
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 184
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 178
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 165
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə