“Ferrari”nin pilotu Şarl Lekler maraqlı açıqlama ilə diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, monakolunun “Mersedes”ə mümkün keçidi ilə bağlı şayiələr onu narahat etmir:
“Şərhsiz. Deyə biləcəyim yalnız odu ki, belə durum mənim üçün yenilikdi. Əvvəlcə “Zauber”də çıxış etdim, ardından tezliklə “Ferrari”yə keçdim və uzunmüddətli müqavilə imzaladım. Müqavilənin müddətinin 2024-cü ilə qədər olduğunu nəzərə alsaq, şayiələrin yaranmasının səbəbini anlaya bilirəm. Bu normaldı, ancaq məni narahat etmir. Yaxşı olar ki, komandamızın rəhbəri Frederik Vasserdən mənlə danışıqlara nə vaxt başlayacağını soruşasız. Mən bütünlüklə yarışlara köklənmişəm, “Ferrari”ni sevirəm. Əlbəttə, indiki durum məni razı salmır, komandamız daha yuxarıda olmalıdı. Problemlərin öhdəsindən gələcəyimizə ümid edirəm”.
2019-cu ildən “Ferrari”nin şərəfini qoruyan Lekler 2023 mövsümünün ilk 5 mərhələsindən sonra 34 xal toplamaqla şəxsi hesabda 7-ci yerdə qərarlaşıb.