“Qələbə uğrunda mübarizə təfəkkürünü dəyişir. Ötən il gördüyüm işi davam etdirməliyəm. Bəli, mən onlarla mübarizə aparmağa hazıram. İstərdim ki, “Mersedes”, “Red Bull” və “Ferrari” bərabər şəraitdə olsun. Bu əla olardı, hiss edirəm ki, belə mübarizəyə hazıram”.
Xatırladaq ki, son mövsümdə Ferstappen çempionluğu bayram edib. Lekler 2-ci, Hemilton isə 6-cı yeri tutub. “Formula-1” çempionatında yeni mövsüm martın 5-də keçiriləcək Bəhreyn mərhələsi ilə start götürəcək.

