“Ferrari”nin pilotu Şarl Lekler maraqlı fikirlər səsləndirib.
"Football-plus.az" xəbər verir ki, o, həftəsonu keçiriləcək Bakı mərhələsi ilə bağlı açıqlama verib:
“Azərbaycan “Qran-pri”sində zirvəyə qayıtmağa hazırıq. Qarşıda hələ uzun marafon var. Azərbaycan mərhələsinə yüksək motivasiyalıyıq. Bakıdakı yarışdan maksimum yararlanmağa çalışacağıq. Komanda olaraq, orda nəyi yaxşı edə biləcəyimiz haqda danışırıq. Yaranmış üçhəftəlik fasilə sürətimizi artırmağa kömək olacaq”.
Lekler hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb.