• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” çempionluğu Bayılda rəsmiləşdirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

17-05-2023, 15:0

“Qarabağ” “Səbail”i məğlub edəcəyi halda “Sabah” üçün əlçatmaz olacaq, 10-cu çempionluğu rəsmiləşdirəcəkdi. Bu səbəbdən də Qurban Qurbanov və yetirmələri oyuna ciddi yanaşırdı.

Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə güclü rəqibə asanlıqla təslim olmaq fikrində deyildi. Artıq 6-cı dəqiqədə Ağabala hesabı açmağa yaxın oldu. Kapitan Mirabdullanın ötürməsini qüvvətli zərbə ilə “çərçivə”yə yönəltsə də, Şahruddin yerində idi. Süni örtük üzərində özünü elə də rahat hiss etməyən “Qarabağ”ın futbolçuları yavaş-yavaş üstünlüyü ələ aldı. 19-cu dəqiqədə Veşoviçin qapıya paralel ötürməsinə toxunan olsaydı, hesab açılacaqdı. Az sonra Musanın aşırma zərbəsindən sonra top dirəkdən döndü. Bir qədər sonra Qurbanlı yenidən diqqət mərkəzinə düşdü. Onun qüvvətli zərbəsindən sonra Balayev ustalıqla topu dəf etdi.

Sonradan məlum oldu ki, hücumçu zərbə anında oyundankənar vəziyyətdə imiş… Hissənin ortalarına doğru “Səbail” daha çox müdafiəyə diqqət ayırır, güclü rəqibi qarşısında səhv etməməyə çalışırdı. Meydan sahibləri yalnız fasilə ərəfəsində fəallaşdı. 43-cü dəqiqədə künc nöqtədən qapı qarşısına ötürülən topu Şahruddin uzaqlaşdırandan sonra cərimə meydançasında qarışıqlıq yarandı. Bu an Martinov Medina ilə toqquşub yerdə qaldı. “Dənizçilər” hakimdən penalti tələb etsə də, Umudlu oyunu davam etdirdi. Bu dəqiqələrdə yağış da sürətini artırmış, futbolçuları əməlli-başlı islatmışdı. Belədə hakimin fasiləyə işarə edən fiti də yerinə düşdü.

Oyunda əsas hadisələr 2-ci hissədə cərəyan etdi. “Qarabağ” qələbə qazanmaqda israrlı olduğunu ardıcıl hücumlarla göstərirdi. Yağışın sürəti artdıqca qonaqların da təzyiqi artır, meydan sahibləri isə bunun qarşısında əlacsız görünürdü. Bununla belə, Balayevin qoruduğu qapıya qol vurmaq mümkün olmurdu. Həlledici məqamlarda ya qapıçı xilaskara çevrilir, ya da “Qarabağ”ın qol ümidi olan futbolçuların zərbələrində dəqiqlik çatmırdı. Hücumçuların çarəsiz qaldığını görən Bəhlul Mustafazadə çətin məqamda səhnəyə çıxdı və qol vurmaq məsuliyyətini öz üzərinə götürdü.

71-ci dəqiqədə Yankoviçin künc zərbəsindən qapı qarşısına havalandırdığı topu müdafiəçi yüksələrək tora qovuşdurdu. Bu qol “Qarabağ”ı ruhlandırdısa, “Səbail”in mübarizə əzmini qırdı. Təsadüfi deyil ki, inamla müdafiə olunan meydan sahibləri tezliklə ikinci qolu qapısında gördü. Şeydayevin həmləsindən sonra top cərimə meydançasında Cabir Əmirlinin əlinə toxundu. VAR-ın çağırışını dinləyən Kamal Umudlu təxminən üçdəqiqəlik məşvərətdən sonra özü monitora doğru yönəldi və penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Şeydayev büdrəmədi.
Əvəzetmədən oyuna qoşulan Qomis komandasını ümidləndirməyə yaxın oldu. Sürətlə irəliləyən legionerin zərbəsi qeyri-dəqiq alındı. 86-cı dəqiqədə isə Toralın qüvvətli zərbəsini qaytarmağa çalışan Balayev topu Şeydayevin önünə atdı. Hücumçu bu “hədiyyə”ni məmnuniyyətlə dəyərləndirdi. 3:0 hesablı qələbəyə sevinən “Qarabağ” ümumilikdə 10-cu, son 10 ildə 9-cu çempionluğu bayram etdi.

Gözdən qaçmadı
* “Qarabağ” azarkeşlərinə ayrılan sektor tam dolmuşdu. Həm “İmarət Tayfa”, həm də “Qarabağ Ordu” yerini almışdı. Meydan sahiblərini dəstəkləyən “Dənizçilər” fanklubu isə orta sektorlarda yerləşmişdi.
* Matçın startında “İmarət Tayfa”nın xüsusi xoreoqrafiyası diqqəti çəkdi. Azarkeşlər əllərindəki rəngli kağızlarla “Qarabağ” çempion” yazısını nümayiş etdirdi.
* Oyunöncəsi isinmə hərəkətləri zamanı ağdamlıların zədəli futbolçusu Benzya da meydanda idi. O, oğlu ilə birlikdə ehtiyat oyunçular skamyasında əyləşmişdi. Məşqin sonlarında Qara Qarayev əlcəzairlinin oğlu ilə paslaşırdı. Həm Benzya, həm də Zubir görüşü tribunadan izlədi.
* Matçı tribunadan izləyənlər arasında “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov da var idi.
* Final fitindən sonra Qarabağ”ın fanatları meydana axışdı. Onlar çempionluğu komanda ilə birgə qeyd edir, məşəllər yandırırdı.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

14-03-2023, 13:0

“Qarabağ” 17-ci medalı və avrokuboklara vəsiqəni təmin etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Manşet / Reportaj

17-11-2022, 12:0

Milli ardıcıl 4-cü qələbəsini necə qazandı?

Premyer-liqa / Manşet

6-12-2022, 18:0

Kadi “Neftçi”yə cərimə zərbəsindən vurduğu qol haqda danışdı

Ölkə futbolu / Yazarlar

13-05-2023, 13:0

“Qarabağ”ı “dənizçilər” və süni örtük büdrədə biləcək? - KÖŞƏ

Dünya futbolu

26-10-2022, 23:0

Qrizmann “Atletiko” tarixinin ən yaxşı 3-cü hücumçusudu

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 143
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə