İspaniya La Liqasının 11-ci turunda “Atletiko” “Betis”in qonağı oldu - 1:2.
Football-plus.az xəbər verir ki, hərçənd “hindular”ın “xiyarlar”ı nədəsə üstələdiyini demək olmaz. Əksinə, “Betis” qapıya daha çox zərbə vurdu, künc zərbələrində və topa nəzarət faizində də üstün oldu. Ancaq taleyi müəyyənləşəndən sonra ruhlanan Qrizmann “Atletiko”ya qələbə qazandırdı. Bu oyunda əsas hadisələr 2-ci hissədə yaşandı. 54-cü dəqiqədə Qrizmann künc zərbəsindən topu birbaşa qapıya göndərməklə hesabı açdı. 17 dəqiqə sonra isə fransalı hücumçu dubl etdi. Ancaq sevilyalılar məğlubiyyətlə barışmaq fikrində deyildi. Fekir 84-cü dəqiqədə cərimə zərbəsindən fərqi azaltdı. Uzatma dəqiqələrində isə Aleks Moreno yaxın məsafədən topu tirə vurmaqla komandasının xal ümidini “dəfn etdi”.
Bu nəticə ilə Qrizmann qol sayına görə “Atletiko” tarixində 3-cü yerə çıxdı. Fərqləndiyi topların sayını 147-yə çatdırmaqla Pako Kamposu arxada qoyan 31 yaşlı forvard yalnız Adrian Eskudero (169) ilə Luis Araqonesdən (172) geri qalır.