Ceymi Karrager dilinin bəlasına düşə bilər.
"Football-plus.az" xəbər verir ki, “Aston Villa” rəhbərliyi sabiq futbolçu və futbol ekspertini arzuolunmaz açıqlamalarına görə məhkəməyə verə bilər. Bu barədə klubun sahibi Nəsif Saviri “Reuters”ə “İngiltərə və Avropa futbolunda inkişafımıza mane olmağa heç kimə imkan verməyəcəyik” deyib.
Xatırladaq ki, Karrager “Aston Villa”nın baş məşqçisi Unay Emerinin “Mançester Yunayted”ə mümkün keçidini şərh edərkən Birminqem klubunun azarkeşlərinə qarşı kobud ifadələr işlədib. O, həmçinin “Aston Villa”nın heç vaxt MY səviyyəsinə çata bilməyəcəyini deyib. Sabiq futbolçu daha sonra açıqlamalarının zarafat xarakteri daşıdığını bildirib.
Sabiq futbolçu dilinin bəlasına düşə bilər
Dünya futbolu





