• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” 17-ci medalı və avrokuboklara vəsiqəni təmin etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 13:0

Azərbaycan kubokundan və avrokuboklardan əlini üzən “Qarabağ” artıq bütün diqqətini Misli premyer-liqasına yönəldib.

Cəmi bir “cəbhə”də mübarizə aparmaq Qurban Qurbanovun da işini asanlaşdırıb. Mütəxəssis əlinin altındakı heyətdən rahat istifadə edir, ciddi rotasiyalara ehtiyac duymur. Elə bunun da nəticəsində “Qarabağ” yoluna məğlubiyyətsiz davam edir, hər keçən tur çempionluğa bir addım da yaxınlaşır. Çətin ki, kiminsə komandanın növbəti çempionluğu bayram edəcəyinə şübhəsi olsun. Yeganə sual bu çempionluğun neçənci turda rəsmiləşəcəyidi ki, hadisələrin axarı “Qarabağ” azarkeşləri üçün əlamətdar olacaq tarixin elə də uzaqda olmadığından xəbər verir. “Səbail”lə oyun da bu yolda atılan növbəti addım oldu. “Qarabağ” rəqibini asanlıqla, özü də böyük hesabla məğlub etdi.

Rəvan Həmzəzadəni start fitindən dərhal sonra Medvedevin səhvi “Qarabağ”a baha başa gələ bilərdi. Topla səliqəsiz davranan kapitan yalnız ikinci cəhddə təhlükəni sovuşdura bildi. 10-cu dəqiqədə Veşoviç hesabı aça bilərdi. Onun zərbəsindən sonra Balayev topu çətinliklə meydandan çıxardı. Çox keçmədi ki, Andradenin zərbəsi qapıdan aralı keçdi. Bütün bunlar yetişən qolun xəbərçisi idi. Qol pərdəsini Cəfərquliyev açdı. Müdafiəçi sağ cinahla sürətlə irəliləyib cərimə meydançasına daxil oldu. Komanda yoldaşları ondan ötürmə gözləsə də, Elvin bitirici zərbəni də özü vurdu. Bundan 10 dəqiqə sonra “Qarabağ” azarkeşləri ikinci qola sevindi. Bu dəfə Zubir ustalığını göstərdi. O da cinah müdafiəçilərini birnəfəsə keçib qapı qarşısında yer alan Qurbanlıya məhsuldar ötürmə verdi. Gənc hücumçuya topa başla asta toxunmaq və onu tora qovuşdurmaq qalırdı. Yeri gəlmişkən, bu, Musa üçün mövsümdə 18-ci oldu və Qurban Qurbanovun oğlu bombardirlər siyahısında vahid liderə çevrildi.

44-cü dəqiqədə “Səbail” qola yaxın oldu. Qomis fərdi keyfiyyətlərini nümayiş etdirərək oyunu öz üzərinə götürdü. Sol cinahla uzun məsafə qət edən futbolçu “çərçivə”ni görən kimi hədəfi nişan almağa çalışdı. Onun qüvvətli zərbəsini Quqeşaşvili çətinliklə uzaqlaşdırdı.

Fasilədən, daha dəqiq desək, Almeydanın 53-cü dəqiqədə yerinə yetirdiyi cərimə zərbəsindən sonra müdafiəçilər kortəbii şəkildə topu uzaqlaşdırmağa çalışdı. Nəticədə top Romaonun ayağına gəldi. Braziliyalı yarımmüdafiəçi qüvvətli və qarşısıalınmaz zərbəylə “Qarabağ”ın üstünlüyünü üç topa çatdırdı. Qoldan sonra ağdamlılar bir qədər arxayınlaşdı. Artıq onların doğma meydanda qələbə qazanacağına şübhə yeri qalmamışdı. Təsəlli qolu vurmaq üçün irəli atılan “Səbail”i Luka “mükafatlandıra” bilərdi. Üzərinə gələn topu əlindən buraxan qolkiper oyuna sonradan qoşulan Luvaqanın fərqlənməsinə şərait yaratdı. Maksimin əngəlləməyə çalışdığı futbolçunun zərbəsində dəqiqlik və güc çatmadı. 61-ci dəqiqədə fərq 4-ə yüksələ bilərdi. Cəfərquliyev Qurbanlının fərqlənməsi üçün əla şərait yaratdı. Amma bu dəfə Musanın baş zərbəsi hədəfdən aralı keçdi. Bir qədər sonra Balayev Şeydayevin qüvvətli zərbəsini ustalıqla dəf etdi. Bu dəqiqələrdə “Qarabağ”ın düşərgəsində qısamüddətli gərginlik yaşandı. Geriyə ötürmə edən Elvinin zərbəsi bir qədər qüvvətli alındı. Luka onu ram etməyə çətinlik çəkincə, topu qapı xəttindən kənara çıxarıb, “Səbail”ə künc zərbəsi qazandırdı. Bu isə futbolçular arasında gərginliyə səbəb oldu. Kapitanın müdaxiləsindən sonra “dalaşanlar” sakitləşdi. Gürcü qapıçı bacarığını 89-cu dəqiqədə nümayiş etdirdi. Kizito yaxın məsafədən başla qapını dəqiq nişan alsa da, Luka “Səbail”in təsəlli qoluna sevinməsinə imkan vermədi.

Gözdən qaçmadı

* “İmarət Tayfa” stadiona gəlməmişdi. Bunun səbəbini öyrənərkən məlum oldu ki, oyunla eyni saatda fanklubun üzvünün toy mərasimi başlayıb.
* “Qarabağ Ordu” isə tribunada idi. Azarkeşlər 90 dəqiqə komandaya dəstək verdi.
* “Səbail”in sonuncu pillədə qərarlaşmasına baxmayaraq, azsaylı azarkeşləri tribunada yerini almışdı. “Dənizçilər” matçboyu komandaya dəstəyini nümayiş etdirdi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

13-03-2023, 14:0

17-ci medal

Ölkə futbolu / Manşet

12-04-2022, 13:0

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Premyer-liqa / Manşet

6-08-2022, 21:0

"Qarabağ" "Səbail"i məğlub etdi - YENİLƏNİB

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə