• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” ağır zərbə aldı, “Neftçi”nin mövsümü “bürünc”lə bitirəcəyi təsdiqləndi – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

4-05-2023, 19:0

Premyer-liqada daha bir oyun həftəsini geridə qoyduq. Azarkeşlər 32-ci turda bir-birindən maraqlı, prinsipial qarşılaşmalara şahidlik etdi.

“Kəpəz” Qəbələdə “Sumqayıt”ı sınağa çəkdi. Qarşılıqlı hücumlar şəraitində keçən matçın taleyini bir qol həll etdi. “Kimyaçılar” Vüsal İsgəndərlinin ikinci yarıda vurduğu qol sayəsində evə əlidolu dönməyi bacardı. Qazanılan 3 xal Samir Abasovunı komandasının turnir vəziyyətinə təsir etməsə də, sumqayıtlılar son pillədə qərarlaşan “Şamaxı” və “Səbail”dən bir qədər də uzaqlaşdı ki, bu da elitada qalmaq yönündə önəmli addım kimi dəyərləndirilə bilər.

9-ci pillədə qərarlaşan, premyer-liqanın tərk etmək təhlükəsi ilə üz-üzə qalan “Şamaxı” üçün 32-ci tur qanqaraldıcı oldu. Masazırda “Sabah”la üz-üzə gələn “şirlər” çox çalışsa da, azarkeşlərini sevindirə bilmədi. Bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcəyi dəqiqləşən “tələbələr” minimalhesablı qələbə ilə mövsümdə 23-cü zəfərini rəsmiləşdirdi.

Kubokun yarımfinalının hər iki matçında “Səbail”dən üstün olan “Qəbələ” çempionat görüşündə də “dənizçilər”i “ağ bayraq qaldırmağa” məcbur etdi. Qonaqların çalışdırıcısı Şahin Diniyev növbəti dəfə komandasının oyunundan və ortaya qoyduğu xarakterdən razı qaldığını söyləsə də, real durum odu ki, “Səbail” sonuncu pillədədi.

Turun ən gözlənilməz nəticəsi Zirədə qeydə alındı desək, yanılmarıq. Əvvəlki 3 görüşdə “boz qurd”dan üstün olan “qartallar” öz meydanında yenilməklə avrokuboka vəsiqə uğrunda mübarizədə ağır zərbə aldı. Rəşad Sadıqovun komandası 4-cü pillədə qərarlaşan “Qəbələ”dən 6 xal geri qalır ki, qarşıdakı turlarda bunu aradan qaldırmaq çətin olacaq. Artıq qəsəbə təmsilçisinin taleyi öz əlində deyil. “Zirə” qarşıdakı 4 turda “Qəbələ”nin büdrəməsini arzulamaqla yanaşı, bütün matçlarda meydanı 3 xalla tərk etmək məcburiyyətindədi.

Və nəhayət, 7 min azarkeşin stadiondan canlı, yüzminlərlə futbolsevərin mavi ekrandan izlədiyi Azərbaycan derbisi! “Neftçi”ylə “Qarabağ” arasında baş tutan bütün görüşlər ajiotaj doğurur. Bu dəfə də istisna olmadı. Tribunalar tam dolmasa da, buna yaxın idi. Açığı, ab-havaya uyğun da 90 dəqiqə alındı. Oyuna daha fəal başlayan “Qarabağ” 2 top fərqi ilə irəli çıxsa da, azlıqda qalan meydan sahibləri həvəsdən düşmədi və hissənin sonuna 5 dəqiqə qalmış hesab arasında fərqi azaltdı. Ancaq ikinci yarıda “Qarabağ” sürəti bir qədər də artırınca, meydan sahibləri mövsümdə 3-cü dəfə təslim aktina qol çəkməyə məcbur oldu. Bu görüşdən sonra həm də “Neftçi”nin mövsümü “bürünc”lə bitirəcəyi dəqiqləşdi.

Musa Qurbanlı cəza səbəbindən “Neftçi” ilə oyunu buraxsa da, əvvəlki kimi bombardirlər yarışında ilk pillədədi. Onun komanda yoldaşı Ramil Şeydayev isə “ağ-qaralar”la görüşdə fərqlənməklə yarışdan qopmadığını ortaya qoydu.

Misli premyer-liqası
4-cü dövrə, 32 tur
29 aprel
Kəpəz – Sumqayıt 0:1
Sabah – Şamaxı 1:0
1 may
Qəbələ - Səbail 4:2
Zirə - Turan Tovuz 1:3
2 may
Neftçi – Qarabağ 2:4

1. Qarabağ 32 25 6 1 81-22 81
2. Sabah 32 23 5 4 68-23 74
3. Neftçi 32 18 7 7 58-32 61
4. Qəbələ 32 13 9 10 45-41 48
5. Zirə 32 11 9 12 38-45 42
6. Turan Tovuz 32 8 8 16 27-43 32
7. Kəpəz 32 6 11 15 31-54 29
8. Sumqayıt 32 7 7 18 23-59 28
9. Şamaxı 32 4 11 17 25-47 23
10. Səbail 32 5 7 20 26-56 22

Bombardirlər: Musa Qurbanlı (Qarabağ) – 20, Ramil Şeydayev (Qarabağ) – 19, Coy-Lens Mikels (Sabah) – 17, Emin Mahmudov (Neftçi) – 16, Aleksey Kaşuk (Sabah) – 15.

Növbəti turun oyunları: 5 may – Kəpəz – Sabah; 6 may – Şamaxı – Zirə; 7 may – Sumqayıt – Səbail, Turan Tovuz – Neftçi; 8 may – Qarabağ – Qəbələ.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

19-03-2023, 17:0

“Qəbələ” “Zirə”yə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

14-03-2023, 14:0

Yerindən tərpənən olmadı – TURUN ŞƏRHİ

Premyer-liqa

4-04-2023, 16:0

Əsas rəqibləri “Şamaxı” ilə “Səbail”dən aralandı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

17-12-2022, 22:0

Lider fərqi artırdı, autsayder dəyişdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

27-12-2022, 13:0

Liderlər fasiləyə itkisiz yollandı - TURUN ŞƏRHİ

Premyer-liqa

12-10-2022, 21:0

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Aktual
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
Son xəbərlər
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə