• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

12-10-2022, 21:0

Həftəsonu keçirilən matçlarla Misli premyer-liqasında 9-cu turla yanaşı, birinci dövrəyə də yekun vuruldu. Hesabat turu qol baxımından “qısır” oldu. 5 oyunda qapılara cəmi 8 qol vuruldu ki, bunun da 5-i bir matça təsadüf etdi.

Turun mərkəzi qarşılaşması Qəbələdə keçirildi. Bölgənin eyniadlı komandası “Qarabağ”ı qonaq edirdi. Matçın ilk yarısında qapılar önündə təhlükəli vəziyyətlər yaşanmadı. İlk yarının sonuna yaxın “Qəbələ”nin azlıqda qalması oyunun sonrakı axarına ciddi təsir göstərdi. Fasilədən sonra meydanda diqtə edən tərəf ağdamlılar oldu ki, bunun da məntiqi nəticəsi kimi Qurban Qurbanovun komandası qələbə topunu vurdu. Bu yerdə azlıqda qalmasına, hesabda geri düşməsinə baxmayaraq, Elmar Baxşıyevin yetirmələrinin ruhdan düşməyərək hesabı bərabərləşdirmək üçün sona qədər mübarizə aparmasını qeyd etmək lazımdı.

Masazırda azarkeşlər məhsuldar oyuna şahidlik etdi. Medallar uğrunda mübarizə aparan “Sabah” “Kəpəz”i darmadağın etdi. Matçın taleyi artıq 1-ci hissədə həll olundu. Meydan sahibləri fasiləyə qədər “sarı-göylər”i 3 dəfə meydanın mərkəzinə dəvət etdi. İkinci hissədə də sürəti aşağı salmayan “tələbələr” daha 2 dəfə fərqlənməklə Tərlan Əhmədova və komandasına unuda bilməyəcəkləri məğlubiyyət yaşatdı.

Görüşdən əvvəl “Turan Tovuz”un “Neftçi”dən xal alacağını bəlkə də heç kim gözləmirdi. Heyət baxımından “ağ-qaralar” qonaqlardan dəfələrlə üstündü desək, yanılmarıq. Ancaq Ayxan Abbasov artıq neçənci dəfədi ölkənin ən köklü komandasını “sancmağı” bacarır. Yarızarafat, yarıciddi, Abbasovu “Neftçi”nin qatili kimi də təqdim etmək olar. 41 yaşlı mütəxəssis “Sumqayıt”da işlədiyi dönəmdə də “ağ-qaralar”ın qəniminə çevrilmişdi. “Neftçi” “kimyaçılar”la görüşlərdə daim əziyyət çəkirdi. Abbasov bu dəfə “Turan Tovuz”un “sükanı arxasında” Bakıda “ağ-qaralar”dan xal almağı bacardı.

Turun açılış oyununda isə “Zirə” öz meydanında çempionatın aşkar autsayderi “Şamaxı” ilə üz-üzə gəldi. Ötən tur Tovuzdan 3 xalla dönən “qartallar”ın bölgə təmsilçisindən üstün olacağı heç kimdə şübhə doğurmurdu. Qonaqlar çox çalışsa da, sona qədər qapısının toxunulmazlığını qoruya bilmədi.

“Sumqayıt”ın isə qələbəsiz seriyası davam edir. Samir Abasovun gəlişi belə “kimyaçılar”ın dərdinə çarə olmayıb. “Gənclik şəhəri”nin təmsilçisi bu dəfə “Səbail”in qonağı idi və minimal hesabla yenildi. Komandanın oyununda inkişaf sezilsə də, görünür, bu hələ qələbə üçün yetərli deyil. Baş məşqçi özü də etiraf edir ki, hələ çox iş görməlidi. “Dənizçilər” isə mövsümdə ikinci qələbə sayəsində autsayderlər qrupundan uzaqlaşdı.

Misli premyer-liqası

1-ci dövrə, 9-cu tur

7 oktyabr

Zirə - Şamaxı 1:0

8 oktyabr

Səbail – Sumqayıt 1:0

Neftçi – Turan Tovuz 0:0

9 oktyabr

Qəbələ - Qarabağ 0:1

Sabah – Kəpəz 5:0

1. Qarabağ 8 8 0 0 25-6 24

2. Sabah 9 7 1 1 22-7 22

3. Neftçi 9 6 1 2 17-9 19

4. Zirə 9 5 1 3 13-16 16

5. Qəbələ 9 5 0 4 13-9 15

6. Turan Tovuz 8 3 2 3 6-8 11

7. Səbail 9 2 2 5 9-12 8

8. Kəpəz 9 1 1 7 6-23 4

9. Sumqayıt 9 0 4 5 1-11 4

10. Şamaxı 9 0 2 7 4-15 2

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") – 7, Coy-Lens Mikels (Sabah) – 6, Runi Eva (Turan Tovuz), Ağabala Ramazanov (Səbail) – 4.

Növbəti turun oyunları: 14 oktyabr – Şamaxı – Qəbələ; 15 oktyabr – Turan Tovuz – Səbail, Sabah – Zirə; 16 oktyabr – Kəpəz – Neftçi, Qarabağ – Sumqayıt.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-09-2022, 12:0

Çempion zirvəyə yüksəldi - TURUN ŞƏRHİ

Aktual
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
“Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Çempion Elgiz Kərəmli "Şəfa"dan ayrılmaq istəmir - ona hardan təklif gəlib?
Son xəbərlər
  • Bu gün, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Bu gün, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Bu gün, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Bu gün, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Bu gün, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Bu gün, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Bu gün, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Bu gün, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Bu gün, 12:14
    Slot antirekordçu məşqçi oldu
  • Bu gün, 11:46
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:15
    Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
  • Bu gün, 10:45
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 10:24
    Dünya çempionatında oynaya bilməyəcəklər
  • Bu gün, 10:00
    Yayda “Real”ı tərk edəcək
  • Dünən, 23:58
    Tezliklə İstanbula qayıda bilər
  • Dünən, 23:38
    Madridə dönməyə çox yaxındı
  • Dünən, 23:06
    “Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
  • Dünən, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Dünən, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Dünən, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Dünən, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Dünən, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
  • Dünən, 21:13
    "İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub
  • Dünən, 20:45
    “Azarkeşlərin önündə nəticə üçün oynayacağıq” – Veliçko Kaplanoviç
  • Dünən, 20:06
    "Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
  • Dünən, 19:22
    ''Qalatasaray''ın sabiq üzvü Van Diyki şirnikləndirməyə çalışır
  • Dünən, 18:51
    Kənan Zirədə meydanı xərəkdə tərk etdi
  • Dünən, 18:22
    ''Əl-Nəssr'' uduzdu, Merih Dəmiral yenə sakit durmadı
  • Dünən, 17:51
    “Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
  • Dünən, 17:20
    "Sabah" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    "Zirə" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Dünən, 16:28
    ''Milan''ın ulduzu ''Qalatasaray''lıların paylaşımlarını bəyəndi!
  • Dünən, 15:57
    “Kim güclüdüsə, o da qalib gəlsin” – çempionluq oyunundan əvvəl belə dedi
  • Dünən, 15:26
    ''Qalatasaray'' türkiyəli forvardın transferini bitirməyə çalışır
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 288
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 211
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 193
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə