Santyaqo Ximenes “Milan”ı tərk edib.

5.09.2026 23:19 1
Dünya futbolu
“Portu” meksikalı hücumçunu transfer edib.

"Football-plus.az" xəbər verir ki “Milan” 25 yaşlı futbolçunu Portuqaliya klubuna satınalma şərti ilə icarəyə göndərib. Ximenes yeni komandasında “29” nömrəli formanı geyəcək.

Hücumçu peşəkar karyerasına “Krus Asul”da başlayıb, sonra “Feyenoord”da çıxış edib. Niderland klubunda 65 qol vurub və 14 məhsuldar ötürmə edib. Ximenes 2025-ci ilin fevralında “Milan”a keçib.
O, 2021-ci ildən Meksika yığmasında çıxış edir və milli komandada 51 oyun keçirib. Futbolçi iki dəfə KONKAKAF-ın Qızıl Kubokunun və Millətlər Liqasının qalibi olub.