Londondan Leyptsiqə üz tutdu

5.09.2026 23:12 0
Dünya futbolu
Mark Qiu İngiltərədən Almaniyaya yollanıb.

"Football-plus.az" xəbər verir ki, “Çelsi”nin hücumçusu “Leyptsiq”ə transfer olunub. London klubunun mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı forvardla 5 iillik müqavilə imzalanıb.

İspaniyalı futbolçu “Çelsi”yə 2024-cü ilin yayında “Barselona”dan keçib. O, paytaxt klubun heyətində 29 oyuna çıxaraq 8 qol vurub. Markın ötən mövsüm “Sanderlend”də icarə əsasında çıxış etdiyini də xatırladaq.