“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində mübarizəyə başlayacağı vaxta az qaldı. Belə ki, “bayquşlar” sentyabrın 10-da 1-ci tur çərçivəsində “Mançester Yunayted”in qonağı olacaq.
Artıq komandanın səfər proqramı müəyyənləşib. Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həımidov məlumart verib.
Həmkarımızın sözlərinə görə, “Sabah” Mançesterə sentyabrın 8-də, çarter reysi ilə yollanacaq. Oyunöncəsi açıq məşq 9-u, İngiltərə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə saat 23.00) “Old Trafford”da olacaq. Mətbuat konfransı isə həmin gün saat 19.30-da (Bakı vaxtı ilə saat 22.30-da) həmin məkanda olacaq”.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
KƏNAN BAHADIR
“Sabah”ın Mançesterə səfər proqramı bilindi – “Old Trafford”da məşq nə vaxtdı?
Manşet / Avrokuboklar





