Tosin Adarabioyo İngiltərədə klubunu dəyişsə də, Londonda qalıb.
"Football-plus.az" xəbər verir ki, ikngiltərəli müdafiəçi “Çelsi”dən “Tottenhem”ə keçib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalayıb.
Tosin “Çelsi”də 2024-cü ilin yayından çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb və 2 qol vurub.
Klubunu dəyişsə də, Londonda qaldı
Dünya futbolu






