16 yaşında “Barselona”ya qoşulacaq

5.09.2026 22:09 2
Dünya futbolu
Mikael Baza tezliklə “Barselona”nın sıralarına qoşulacaq.

"Football-plus.az" xəbər verir ki, İspaniya nəhəngi “Hamburq”un 16 yaşlı müdafiəçisinin transferi ilə bağlı razılığa gəlib. Yeniyetmə futbolçu Kataloniya klubu ilə 2029-cu ilədək müqavilə imzalayacaq. Yaşına görə Baza ilə daha uzunmüddətli sözləşmənin bağlanması mümkün deyil.

Transfer rəsmiləşəndən sonra Mikael “Barselona”nın U-19 komandasında və “Barselona B”də çıxış edəcək. Klub onu mərhələli şəkildə əsas komandanın səviyyəsinə hazırlamağı planlaşdırır. Transferin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Baza “Bavariya”nın və Almaniya yığmasının müdafiəçisi Conatan Tanın əmisi oğludu. Mərkəz müdafiəçisinin boyu 193 santimetrdi.
O, ötən mövsüm “Hamburq”un U-17 və U-19 komandalarında ümumilikdə 17 oyuna çıxaraq 4 qol vurub.