"Football-plus.az" olaraq bunu nəzərə alıb, “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimova müraciət etdik:
"Şahin Diniyevin müsahibəsini oxudum. Onun elitanı heç bir komandanın tərk etməməsiylə bağlı fikri ilə razıyam. Hətta gələcəkdə bu say 12-yə yox, 14-ə qaldırılmalıdı. Düşünürəm ki, mövsümün sonunda heç bir komanda elitanı tərk etməməli, 1-ci diviziondan "Araz Naxçıvan"la yanaşı, daha bir komandanın güclülər dəstəsinə yüksəlməsinə imkan yaradılmalı və dəstək verilməlidi. 12 komanda olandan sonra isə sonuncu elita ilə vidalaşmalıdı. Yəni idman prinsipinə riayət olunmalıdı".
ABDULLA İSMAYILOĞLU




