"İki yüzfaizlik qol imkanından yararlana bilmədik" - Azər Bağırov

1.11.2026 17:45 36
Ölkə futbolu / Manşet
Premyer-liqanın 10-cu turunda "Şamaxı" "Neftçi"ni qəbul etdi.

Qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra "şirlər"in baş məşqçisi Azər Bağırov mətbuat konfransı keçirdi.

- Maraqlı oyun oldu. Oyun “Neftçi”nin təzyiqi ilə başladı. Təəssüf ki, ilk dəqiqələrdə imkanımız olsa da, fərqlənə bilmədik. Hesabı rəqib açdı. Daha sonra hesabı bərabərləşdirdik. Lakin 2-ci hissədə rəqib daha üstün oynayaraq təzyiqi artırdı. Standart vəziyyətdən hesabı yenidən bərabərləşdirsək də, "Neftçi" qələbə qolunu vurdu. Rəqibi təbrik edirəm. Futbolçularım yaxşı oynadı.

- Siz ilk dəqiqələrdə "Neftçi"nin, Yuri Vernidub isə sizin üstün olduğunuzu söylədi. İlk dəqiqələrdən üstünlüyü ələ almağınıza nə mane oldu?
- Nə qədər danışsaq da, iki yüzfaizlik qol imkanından yararlana bilmədik. Bu futboldu. Çalışacağıq və daha güclü olacağıq. Premyer-liqaya rəng qatacağıq.

İSRAYIL XEYRULLAYEV