“Karvan”ın baş məşqçisi rəqib haqda nələr söylədi?

18.04.2023 16:08 496
Əvəzedicilər
Region Liqasında 1/4 finalçıların adına aydınlıq gəlir.

Üç gün öncə "Karvan" doğma meydanda "Neftçala"nı 4:0 məğlub etməklə növbəti mərhələyə adlayıb. Xatırladaq ki, bu komandlar arasında baş tutan ilk oyunda Yevlax təmsilçisi rəqibini səfərdə də üstələmişdi - 2:1.

Qələbə təəssüratını öyrənmək üçün “Karvan”ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

"İlk oyunda səfərdə qələbə qazansaq da, oyundan narazı qalmışdım. Doğma meydandakı cavab matçında isə daha yaxşı çıxış edib qələbə qazanmağı hədəfləyirdik. Fürsətlərdən maksimum istifadə etməklə 4:0 hesablı qələbə qazandıq. Rəqib komadaya uğurlar arzu edirəm. Növbəti mərhələdə də uğurlu çıxış etməyə çalışacağıq".

ABDULLA İSMAYILOĞLU