Dünən Region Liqasının pley-off mərhələsi 2 qarşılaşmayla start götürdü.
"Neftçala" - "Karvan" oyununda 3 qol qeydə alındı. Yevlax təmsilçisi 2:1 qalib gələrək cavab oyununa üstünlüklə yollandı. "Football-plus.az" saytı olaraq matçla bağlı "Karvan"ın baş məşqçisi Kənan Kərimovun fikirlərini öyrəndik:
"Səfərdə oynayacağımızı nəzərə alsaq, gərgin matç olacağını bilirdik. Rəqimiz güclü, yaxşı təşkil olunan komandadı. Qalib gəlsək də, yetirmələrimin oyunundan narazıyam. Rəqib bizdən üstün oynadı. Hətta hesab 0:0 olarkən penaltini dəqiq yerinə yetirə bilmədilər. Bu şansı qola çevirsəydilər, böyük ehtimalla oyunun nəticəsi fərqli olacaqdı. Minimal hesabla qalib gəlməyimiz heç də hər şeyin həll olunması demək deyil. Cavab qarşılaşmasına ciddi hazırlaşacağıq".
ABDULLA İSMAYILOĞLU