Ötən həftənin şənbə və bazar günlərində Region Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, cavab görüşləri ərəfəsində “Şirvanovka”, “Karvan”, ”Qusar” və “Çinar Zəngilan”ın, kiçik də olsa, üstünlüyü var. Qusarın kəndini təmsil edən kollektiv “ASK Arena”da turnirin favoriti kimi göstərilən “Füzuli”ni məyus edib. Yevlax “Karvan”ı da səfərdən üzüağ dönüb. Kənan Kərimovun çalışrdığı komanda “Neftçala”dan üstün olub. “Ağsu-06” – “Xəzər Lənkəran 42” görüşündə isə qalib müəyyənləşməyib. Şimal zonasının liderlərindən biri kimi pley-offa vəsiqə qazanan “Qusar” səfərdə “Araz”ı 2 qolla məğlub edib. “Qala-Şəmkir” isə “doğma divarlar” arasında “Çinar Zəngilan”a minimal hesabla yenilib.
Xatırladaq ki, cavab görüşləri aprelin 15-16-da keçiriləcək.
Region Liqası
pley-off, ilk oyun
Füzuli – Şirvanovka 1:2
Neftçala – Karvan (Yevlax) 1:2
Ağsu-06 – Xəzər Lənkəran 42 1:1
Araz (Saatlı) – Qusar 0:2
Qala-Şəmkir – Çinar Zəngilan 0:1
RƏŞAD
Meydan sahibləri qələbəyə həsrət qaldı
Ölkə futbolu / Manşet






