"Karvan" AFFA-dan cavab gözləyir - AÇIQLAMA

9.03.2023 22:17 545
Ölkə futbolu / Manşet
İki gün öncə AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı. Həmin qərarlar əsasən növbəti mövsümlə bağlıdı.

Belə ki, 2023/24 mövsümündə 1-ci divizionda əvəzedici komandaların çıxışına icazə verilməyəcək. Yarışda müstəqil komandalar təmsil olunacaq və klubların sayı artırılacaq.  Əvəzedicilərin çempionatı isə ayrı olacaq. Həmçinin divizion təmsilçilərinin hərəsinə AFFA tərəfindən 300 min manat yardım da olunacaq.

Region Liqasında mübarizə aparan "Karvan"ın 1-ci diviziona gətiriləcəyi deyilir. Məsələylə bağlı əlaqə saxladığımız Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov "Football-plus.az" saytına bunları söylədi: 

"Federasiyanın son qərarlarını alqışlayırıq. Sevindirici haldı ki, divizionda müstəqil komandalar təmsil olunacaq və say artacaq. "Karvan"ın adının hallanması xoşdu. Amma ortada rəsmi heç nə yoxdu. Biz divizionda çıxış etməyə hazırıq, müvafiq sənədləri də aidiyyatı qurumlara göndərmişik. Hazırda müraciətimizə cavab gözləyirik. Ümumiyyətlə, bölgə komandalarının sayı divizion və premyer-liqada artsa, futbolumuz bir o qədər qazanacaq".


ABDULLA İSMAYILOĞLU