"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray'', ''Atletiko'' və ''Barselona''nın sabiq üzvü 1-ci liqanın iddialı klublarından olan ''Eyupspor''un başına keçdi.
Amma 35 yaşlı mütəxəssisin yeni sahədəki debütü uğurlu alınmadı. ''Eyupspor'' ötən həftəsonu Ardanın başçılığı altında çıxdığı ilk oyunda səfərdə ''Göztəpə''yə 0:1 hesabı ilə uduzdu. Kəskin enişdə olan İstanbul təmsilçisi son 6 oyunda 4-cü dəfə məğlub olaraq birbaşa elitaya yüksəlmək şansını bir qədər də çətinə saldı.
Superliqaya birbaşa yüksəlmək üçün ilk 2 pillədən birini tutmaq lazımdı və lider ''Samsunspor'' artıq işini həll edib. ''Eyupspor'' 2-ci pillədəki ''Çaykur Rizəspor''dan bir oyun artıq keçirib və 3 xal geridədi. 3-cü pilləni tutan komanda isə birbaşa pley-offun finalında oynamaq hüququ qazanacaq.
Ardanın məşqçilik karyerasındakı ilk oyununa İzmirdə çıxması maraqlı bir təsadüfün yaşanmasına səbəb olub. Belə ki, o, futbolçu karyerasının son matçını da bu şəhərdə keçirmişdi!
Turan ötən ilin aprelin 24-də ''Qalatasaray''ın ''Altay''a qarşı səfər matçının son 8 dəqiqəsində meydanda olmuş və daha sonra heç bir rəsmi oyuna çıxmamışdı. Arda ilk oyundakı məğlubiyyətdən sonra 9,5 milyon təqibçisi olan ''instaqram'' səhifəsində paylaşım edərək bunları yazıb:
''Məşqçilikdə ilk addımımı atdığım üçün sevincliyəm. Təəsüf ki, ilk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Amma ortaya qoyduğumuz performans məni gələcək adına ümidləndirdi. Mənə güvənən ''Eyupspor'' rəhbərliyinə minnətdaram. İnşallah örnək olan və gözəl bir layihə inşa edəcəyik. İlk oyunumuzdan cəmi 48 saat öncə bu vəzifəyə gəldim.
Aldığım saysız-hesabsız təbriklərin çoxunu cavabsız qoydum. Təbrik edən, mesaj yazan, dəstək verən hər kəsə təşəkkür edirəm. Bu dəstək mənim üçün çox önəmlidi. Artıq tam motivasiya ilə çalışmaq zamanıdı. Hər kəsə salamlar və sevgilər''.
Aldığım saysız-hesabsız təbriklərin çoxunu cavabsız qoydum. Təbrik edən, mesaj yazan, dəstək verən hər kəsə təşəkkür edirəm. Bu dəstək mənim üçün çox önəmlidi. Artıq tam motivasiya ilə çalışmaq zamanıdı. Hər kəsə salamlar və sevgilər''.






