Dünən Türkiyənin 1-ci liqasında 32-ci turun bir neçə oyunu keçirildi.
"Football-plus.az" xəbər verir ki, lider ''Samsunspor''un qələbəsindən sonra diqqətlər ''Eyupspor''un oyununa yönəlmişdi.
Bu kollektivin öz meydanında autsayder ''Gənclərbirliyi''nə 0:2 hesabı ilə uduzmasından sonra 1-ci yerin taleyi həll olundu. Çünki Samsun klubu sona 5 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəltdi.
''Samsunspor'' qarşıdakı 5 turdan 2-də texniki qələbə qazanacağından komanda 11 illik fasilədən sonra superliqaya qayıdışı rəsmiləşdirib. 1965-ci ildə qurulan və ölkənin ən tanınmış klublarından olan ''Samsunspor'' sonuncu dəfə 2011/12-də elitada oynamışdı.
1993-2006-cı illərdə ardıcıl 13 mövsüm elitada oynayan bu kollektiv tarixində 7-ci dəfə 1-ci liqada çempion olmağı bacardı. Bu, rekord göstəricidi.