Region Liqasında qrup mərhələsinin oyunları başa çatıb.
“Football-plus.az” xəbər verir ki, 12 komanda pley-offa vəsiqə qazanıb.
Paytaxt və Şimal regionundan “Qusar”, “Şirvanovka” və “Çinar-Zəngilan” adını 1/4 finala yazdırmağa çalışacaq. Şimal-Qərb və Qərbdən isə “Marxal-Şəki”, Yevlax “Karvan”ı və “Qala-Şəmkir” qrup mərhələsini uğurla başa vurmağı bacarıb. Mərkəz regionunda “Füzuli”, “Ağsu-06” və Saatlı “Araz”ı ilk 3 pillənin qalibi kimi pley-offçular arasında olacaq. Cənubu isə “Xəzər Lənkəran 42”, “Qobustan” və “Neftçala” təmsil edəcək.
Region Liqası üzrə İşçi qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevdən əldə etdiyimiz bilgiyə əsasən, pley-offun püşkatma mərasimi aprelin 6-də keçiriləcək. Həlledici oyunların məkanı isə hələ dəqiqləşməyib.
RƏŞAD