• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov 400-cü qələbəsini qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

11-04-2023, 16:0

"Sabah" bir gün öncə "Səbail"ə uduzduğuna görə “Qarabağ” bu oyunda qələbə qazanmaqla həm əsas izləyicisindən bir qədər də uzaqlaşacaq, həm də çempionluğa gedən yolu qısaldacaqdı.

"Kəpəz" isə 3 oyundan ibarət uğurlu seriyanı davam etdirmək istəyirdi. Hakimin start fitindən sonra meydan sahibləri oyuna fəal qoşuldu. Və artıq 5-ci dəqiqədə Zubir rəqib müdafiəçiləri bir fəndlə yerə sərərək toru sirkələdi. Qoldan sonra da "köhlən atlar” hücumlarını davam etdirdi.

Növbəti həmlə zamanı Zubir Elvini zərbə mövqeyinə çıxardı. Amma qapıçı fərqin artmasına imkan vermədi. Qonaqların heyətində Abdulla Rzayev də etibarlı oyunu ilə diqqəti çəkirdi. İdris İnqilablı isə komandasının “zəif bənd”i idi.

"Sarı-göylər" ilk qol vəziyyətini 20-ci dəqiqədə yaratdı. Bəhlul başla topu uzaqlaşdırmaq istəyərkən səliqəsiz davrandı. Topu ələ keçirən Junior qapını nişan alsa da, Quqeşaşvili topu kornerə çıxardı. Növbəti epizodda Xvalkonun baş zərbəsindən sonra topu tutmaq da gürcü qapıçı üçün çətin olmadı. 27-ci dəqiqədə isə Quqeşaşvili komanda yoldaşlarının ötürməsinə gecikdi və Şuaybuya qarşı kobud oynadı. Hakim tərəddüd etmədən “nöqtə”ni göstərdi. Lakin qolkiper topa yaxınlaşan Ayzayanın zərbəsini dəf etməklə bir növ günahını udu. Bununla belə, 29-cu dəqiqədə hesab bərabərləşdi.

Turalın künc nöqtəsindən ötürməsinə yüksələn Şuaybu topu başla Xvalkoya yönəltdi ki, onun da zərbəsi qarşısıalınmaz oldu. Hesab bərabərləşəndən sonra Tərlan Əhmədovun komandası pressinq etməyə başladı. "Qarabağ"ı əks-hücumda yaxalayan Ayzaya - Şuaybu cütlüyündən ikincinin zərbəsi cüzi fərqlə yandan keçdi. Hissənin sonuna yaxın "köhlən atlar" yenidən fəallaşdı. Qaranın cərimə zərbəsi qapının üstündək keçdi. "Kəpəz" Tural Rzayevlə növbəti dəfə hücuma keçmək istəyərkən topu ondan “oğurlayan” Elvin sürəti sayəsində xeyli məsafə qət etdikdən sonra Musanı “gördü”. Topu qəbul edən forvard Zamiqdən sıyrılıb zərbə vursa da, top dirəyə dəydi.

Ağdamlılar ikinci yarıya da fəal başladı. Diakabi reydini dəqiq tamamlaya bilmədi. Musadan ötürmə alan Andrade ilə Cəfərquliyevin zərbəsi də hədəfə düşmədi. Musanın fərqlənməsinə isə Sadıqlı imkan vermədi. Hücumları davam etdirən ağdamlılar, nəhayət, rəqibi səhvə məcbur etdi. 55-ci dəqiqədə top Xvalkonun əlinə dəydi. VAR otağından siqnal gələndən sonra referi epizodu qiymətləndirib "Kəpəz"in qapısına penalti təyin etdi. Topa yaxınlaşan Almeyda isə dəqiq oldu.

Qoldan sonra qonaqlar yenidən hücuma atıldı. Lakin Əlicanovun qapı önünə asmasına Şuaybu istədiyi kimi toxuna bilmədi. Oyuna nəzarəti əldən verməyən Qurban Qurbanovun komandası 66-cı dəqiqədə fərqi artırdı. Musadan ötürməni qəbul edən Andrade dəqiq zərbəylə uzaq küncü nişan aldı. İrəliləyən dəqiqələrdə "Kəpəz"dən Kvirkviya, "Qarabağ"dan Elvin diqqət mərkəzinə düşsə də, hər ikisinin zərbəsi qeyri-dəqiq alındı. Veşoviçdən ötürmə alan Ozobiçin iti bucaq altından zərbəsini isə qapıçı dəf etdi. Ramilin dönən topu tora qovuşdurmaq cəhdi də boşa çıxdı. Hakimin final fiti "köhlən atlar"ı çempionluğa bir qədər də yaxınlaşdırdı.

Gözdən qaçmadı

* Mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı hər iki komandanın futbolçuları meydana xüsusi forma və "Qoy ədalət zəfər çalsın" plakatıyla çıxdı.

* Emin Əliyev ilk dəfə Misli premyer-liqasında oyun idarə etdi.
Gözdən qaçmadı

* ”Qarabağ”ın azarkeş qrupları “İmarət Tayfa” və “Qarabağ Ordu” tribunada yerini almışdı. “İmarət Tayfa” oyuna xüsusi hazırlıq görmüşdü. Fanatlar yeni bayraqlar və pankartlar ilə komandaya dəstəyini nümayiş etdirirdi.

* “Kəpəz”in azarkeş qrupu “Xəmsə” də “Azərsun Arena”da idi. Gəncəlilər, saylarının az olmasına baxmayaraq, ilk hissədə xüsusilə fəal idi.

* İlk yarının ortalarında “Qarabağ Ordu” ilə “Xəmsə” arasında mübahisə baş verdi. Polisin müdaxiləsi ilə məsələ həllini tapdı. İkinci hissədə isə “Xəmsə” tam “dayandı”. Azarkeşlər bəstələr oxumur, komandaya dəstək göstərmirdi. Hətta 5-10 nəfər xaric digər fanatlar sektorun yuxarısında sıra şəklində düzüllmüşdü.

Maraqlıdı…

Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb. “Qarabağ”ın çalışdırıcısının yubileyi “Kəpəz”lə son turun oyununa təsadüf edib. Bu, onun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. 25-ci turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki matçda onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb. Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubunda 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib. İlk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda qalib gəlib (6:1).

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 13:0

“Qarabağ” 17-ci medalı və avrokuboklara vəsiqəni təmin etdi - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

Aktual
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Son xəbərlər
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 94
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə