• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

"Sabah" son iki oyunda gözlənilmədən rəqiblərinə yenilmişdi.

Növbəti dəfə büdrəyəcəyi halda liderlə xal fərqinin artmaq, “Neftçi”ylə isə azalmaq ehtmalı böyük idi. "Kəpəz"də vəziyyət fərqliydi. "Sarı-göylər" ardıcıl 2 qələbə qazandığından düşərgədə əhval-ruhiyyə yüksək idi. Odu ki, gəncəlilər Masazıra ən azı məğlub olmamaq üçün gəlmişdi.

Qonaqlar oyuna da ehtiyatlı başladı. "Sabah" isə topa nəzarət etməklə rəqibini qapısı önünə sıxışdırsa da, ilk dəqiqələrdə ciddi hücumlar təşkil edə bilmədi. "Sarı-göylər" yaxşı müdafiə olunurdu.

Oyunda ilk qol vəziyyəti 13-cü dəqiqədə reallaşdı. Mahir Həsənov səhvən topu Volkova ötürdü. Gürcü futbolçu da Mikelsi “gördü”. Lakin almaniyalının zərbəsi qeyri-dəqiq oldu. İki dəqiqə sonra Şuaybu İrasabala qarşı aşkar kobudluğa görə “sarı” aldı verdi. Lakin referi VAR-a baxandan sonra qırmızı vərəqə göstərdi və "Kəpəz" azlıqda qaldı. Buna rəğmən, gəncəlilər ilk hücumunu reallaşdıra bildi. Cərimə zərbəsi zamanı Fəridin qapı önünə asmasına Əlicanov yüksəlsə də, hədəfə düşə bilmədi.

Bir qədər sonra Kaşukun künc zərbəsinə yüksələn Namik topu tora göndərsə də, hakim qolu hesaba almadı. Çünki ötürmə zamanı meydan sahibləri rəqib futbolçuya qarşı kobud oynamışdı. Camalovun cərimə meydançasına ötürməsini qəbul edən Volkov daha əlverişli vəziyyətdəki Mikelsi zərbə mövqeyinə çıxarsa da, top Abdulla Rzayevə dəyərək meydandan çıxdı. İsayevin kornerdən asmasını isə Mikels başla qapadı. Amma Mustapiç əla seyvlə komandasını xilas etdi. Gəncə təmsilçiisi buna oxşar hücumla cavab verdi. Fəridin küncdən asmasına Əlicanov baş zərbəsi endirsə də, İmanov qola imkan vermədi. “Sabah”ın növbəti hücumu 39-cu dəqiqəyə təsadüf etdi. Volkov İsayevin ötürməsini qapıya ünvanlayarkən top Xvalkonun əlinə dəydi. Referi isə tərəddüd etmədən “nöqtə”ni göstərdi. Topa yaxınlaşan İsayevin ilk zərbəsini qapıçı qaytarsa da, "10” nömrə təkrar vuruşla toru silkələdi. Qoldan sonra da Masazır təmsilçisi dominantlığını davam etdirdi. 42-ci dəqiqədə Oçiqava qapını yoxlasa da, Mustapiç yerində idi.

İkinci hissəyə də "bayquşlar" fəal başladı. Kaşukun künc nöqtəsindən qapı önünə asmasına yüksələn İrasabal hədəfə düşə bilmədi. İsayevin zərbəsini isə Mustatpiç sinəsinə sıxdı. 53-cü dəqiqədə İdrisdən ötürmə alan Junior cərimə meydançasına soxuldu. Müdafiəçilərin başını gicəlləndirən futbolçu qapını nişan alsa da, top hədəfə düşmədi. 56-cı dəqiqədə İsayev ara ötürməsiylə Namiki “gördü”. Milli üzvü topu tora qovuşdursu. Amma laysman bayrağı havada idi. Qonaqların buna cavabı da gecikmədi. Yusif Nəbiyev qapı önündə əlverişli mövqedə olan Sisseyə ötürmə etdi. Amma "10” nömrənin zərbəsi bərbad alındı. 88-ci dəqiqədə İldar rəqibin 3 futbolçusunu arxada qoyub mərkəzdən reyd edərək cinahdan açılan Anatolini “gördü”. Sonuncu dəqiq zərbəylə toru sirkələsə də, bu dəfə də ofsayd "Sabah"ın 2-ci qol sevincinə imkan vermədi.

"Bayquşlar"ın 4-cü uzatma dəqiqəsinə təsadüf edən hücumu isə məhsuldar alındı. İsayev – Alekperov - Nuriyev “üçülüy”ünün təşkil etdiyi hücumu "9” nömrə" dəqiq zərbəylə tamamladı - 2:0. Amma Anatoli bir qədər onra "sarı-göylər"in kapitanına qarşı aşkar kobudluğa görə ikinci “sarı”nı almaqla meydandan qovuldu. Lakin vaxt azlığı üzündən futbolçuların sayının meydanda bərabərləşməsi nəticəyə təsir göstərmədi.

Gözdən qaçmadı

* Qarşılaşmadan öncə "Xəmsə" azarkeş qrupunun rəhbəri Müşfiq Məmmədov media sektorunda "Kəpəz"in mətbuat katibi Azad Mustafayevlə söhbət edirdi.

* Oyunun startına az qalmış Nicat Mehbalıyev "Kəpəz"in ehtiyat oyunçular skamyasına yaxınlaşaraq məşqçilər heyəti ilə görüşdü.

* Hakim 7-ci dəqiqədə Şüaybuya qarşı kobudluğu qayda pozuntusu kimi qeydə almadı. Tərlan Əhmədov buna əsəbləşdi: "Belə də olmaz, … , qoymurlar oyunumuzu oynayaq".

* Martins Junior əvəzləndikdən sonra Tərlan Əhmədov onu bağrına basıb təşəkkür etdi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Kəpəz” – “Qarabağ” matçında nələr yaşandı? – REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

1-ci liqa

23-02-2023, 14:0

Əliyev Gəncədə aranı qarışdırıb - AÇIQLAMA

Premyer-liqa / Manşet

28-02-2023, 19:0

“Şamaxı” – “Sabah” matçında nələr yaşandı? - REPORTAJ

Aktual
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
"Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
Son xəbərlər
  • Bu gün, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Bu gün, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Bu gün, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Bu gün, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Bu gün, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Bu gün, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Bu gün, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Bu gün, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Bu gün, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Bu gün, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Bu gün, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Bu gün, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Bu gün, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Bu gün, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Bu gün, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Bu gün, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Bu gün, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Bu gün, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Bu gün, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Bu gün, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Bu gün, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Bu gün, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Bu gün, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Bu gün, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Bu gün, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Bu gün, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Bu gün, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Bu gün, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • Dünən, 23:25
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • Dünən, 23:13
    Velko Simiç daha 2 il “Sabah”da
  • Dünən, 22:02
    "Şamaxı" daha bir futbolçunu yola saldı
  • Dünən, 21:46
    “Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
  • Dünən, 20:35
    Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad etdilər
Daha çox
Oxunub: 403
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 164
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 161
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə