• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

"Şamaxı" son matçlarda ilk "5-lik" komandalarına qarşı gözəl, mübariz oyun göstərməklə və onlardan xal qoparmaqla diqqəti çəkir.

Doğma meydanda "Sabah"ı yenəndən sonra iştah daha da artıb. Ötən turda da səfərdə "Zirə"dən xal qoparması bölgə təmsilçisində ab-havanı yüksəltmişdi. Son turda "Turan Tovuz"u darmadağın edən "Neftçi" də Şamaxıya qələbə üçün gəlmişdi.

Hakimin start fitindən sonra meydanda yaradıcı, sürətli futbol gördük. İlk təhlükəli zərbə "Şamaxı"dan gəldi. Topu Raufdan qəbul edən Bahadur cərimə meydançasına daxil olub, qapıçını da keçdikdən sonra iti bucaq altından zərbə vurdu. Lakin Kverkveliya topu boş qapıdan çıxarmağı bacardı. Qonaqların cavabı da özünü çox gözlətmədi. Kverkveliya – Mahmudov - Saldanya “üçlüy”ünün təşkil etdiyi hücumda sonuncunun zərbəsi tirdən qayıtdı. Rəqibdən çəkinməyən "şirlər"in növbəti hücumu zamanı Nihad reydini Amili qapıçıyla duelə çıxarmaqla tamamladı. Lakin Brkiç qola mane oldu. "Şamaxı" bu dəqiqələrdə meydanın ağası olduğunu göstərirdi. İş o yerə çatmışdı ki, Saldanya belə müdafiəyə çəkilmişdi. Bəlkə də cari mövsümün ən rəngarəng oyununu izləyirdik. Bir qədər sonra Lebon qeyri-dəqiq zərbə vurdu. 15-ci dəqiqədə isə Elvindən ötürmə alan Əlinin fərqlənməsinə Brkiç imkan vermədi. Xorvat qapışı Rəhmanın iti bucaq altından zərbəsinə də əla reaksiya verdi. İlk hissəyə əlavə olunan dəqiqələrdə isə Əli Səmədov meydanın "Neftçi"yə aid hissəsində Azər Əliyevə pressinq tətbiq edərək topu Amilə qazandırdı. Yunanov müdafiəçiləri və Brkiçi də keçib qapını nişan aldı. Kverkveliya bu dəfə də özünü çatdıraraq topu boş qapıdan çıxardı.

Komandalar ikinci yarıya ehtiyatlı başladı. Mübarizə daha çox topa sahib olmaq uğrunda gedirdi. İlk həmlə isə yenə meydan sahiblərindən gəldi. Amil cinahdan cərimə meydançasına şığıyaraq qapını nişan alsa da, Brkiçlə dueldən məğlub ayrıldı. Fuadın cərimə zərbəsindən fərqlənmək istəyi də alınmadı. Bundan sonra "Neftçi" qismən topa nəzarət etsə də, rəqib qapısına yaxınlaşa bilmirdi. "Şamaxı" meydanın hər qarışında inadla müqavimət göstərirdi. Matçın gözlənilməz anı isə 81-ci dəqiqədə baş verdi. Arveladze ara ötürməsiylə Sayefi zərbə mövqeyinə çıxarmağa çalışarkən Rəşad Əzizli irəli şığıdı. Ancaq topu əlindən buraxan qapıçı Saldanyanın boş qapını nişan almasına şərait yaratdı. Qoldan sonra "Neftçi" daha ehtiyatlı oyuna keçdi. Meydan sahibləri isə tam təbii olaraq irəli atıldı. Qurbanın fərqlənməsinə qapıçı, Raufa isə qeyri-dəqiqlik mane oldu. Uzatma dəqiqələrdə müdafiəçilərin səhvindən sonra topu ələ keçirən Boqomolski fərqi artırmaq şansını qaçırdı. Onun zəif zərbəsini Əzizli asanlıqla zərərsizləşdirdi. Hakimin final fiti bakılıların səfərdən 3 xalla ayrılmasını rəsmləşdirdisə, "şirlər"in əziyyətini bir kobud səhv heçə endirdi.

Gözdən qaçmadı

* Milli komandamızın baş məşqçisi Canni de Byazi və PFL prezidenti Elxan Səmədov Şamaxının icra başçısı Tahir Məmmədovla birgə oyunu fəxri tribunadan izləyirdi. Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyev də stadionda idi. "Neftçi" rəhbərliyindən isə kubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov gözümüzə dəydi.
* "Şamaxı"nın fəal azarkeşlərindən olan Fuad Bayramovun atası Etibar Bayramov "40 illik "Neftçi", məni bağışla. Artıq "Şamaxı" fanatıyam" plakatı qaldırmışdı.
* Oyun bitəndən sonra "Neftçi" azarkeşləri "Saldanya, Saldanya" deyərək, yeganə qolun müəllifini alqışladı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-02-2023, 19:0

“Şamaxı” – “Sabah” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

14-10-2022, 16:0

"Şamaxı" "Qəbələ" ilə heç-heçə etdi - YENİLƏNİB

Premyer-liqa / Reportaj

6-03-2023, 14:0

Səhv, avtoqol, penalti və “sülh”... - REPORTAJ

Premyer-liqa / Manşet

12-03-2023, 16:0

"Neftçi" Şamaxı səfərindən 3 xalla dönür - YENİLƏNİB

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 193
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 183
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə