• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Turnir cədvəlinin “zirzəmi”sində qərarlaşan "Səbail"də oyun planında inkişaf gözə dəysə də, nəticələr baxımından vəziyyət ürəkaçan deyil.

Ötən tur səfərdə "Qarabağ"a böyük hesabla uduzan "dənizçilər" bu oyunda meydana minimum 1 xal üçün çıxmışdı. Ötən tur doğma meydanda "Qəbələ"ylə heç-heçə edən "Turan Tovuz" da səfərdə xala köklənmişdi. "Səbail"in itiriləcək heç nəyi olmadığından, "boz qurdlar" isə cari mövsümdə baxımlı oyunla diqqəti çəkdiyindən meydanda mübarizəli və kreativ matç izləyəcəyimiz gözlənilirdi. Amma hakimin start fitindən sonra gözlədiyimizin əksi baş verdi.

Hər iki komanda ehtiyatlı oynadığından mübarizə əsasən meydanın mərkəzində getdi. Amma tədricən meydan sahibləri üstünlüyü ələ almağa başladı. Bunun nəticəsi kimi də ilk təhlükə "dənizçilər"dən gəldi. Cabirdən ötürmə alan Lyuyiçin iti bucaq altından gözlənilməz zərbəsinə qapıçı reaksiya verdi. "Turan Tovuz"un müdafiə xəttini yarmağın çətinliyini anlayan "Səbail"in futbolçuları uzaqdan zərbələrə üstünlük verirdi. Növbəti epizodda Qomisdən ötürməni qəbul edən Lyuyiçin zərbəsi qeyri-dəqiq alındı. Qonaqlar buna Şakirin təkbaşına reyd edərək qapını yoxlamasıyla cavab verdi. Lakin Emil yerində idi. Az sonra Cabirin zərbəsini Tərlan sinəsinə sıxdı. Runi hədəfi nişan alsa da, qapıçı topu tutdu. 29-cu dəqiqədə isə Stasyukdan ötürməni qəbul edən Qomis uzaqdan əla zərbə ilə qapını dəqiq nişan aldı. Qoldan ruhlanan "dənizçilər" hücumlarını davam etdirdi. Ramazanov - Lyuyiç duetinin təşkil etdiyi hücum zamanı serbiyalının zərbəsini Tərlan dəf etdi. İrəliləyən dəqiqələrdə Qomis – Ramazanov - Lyuyiç “üçlüy”ünün təşkil etdiyi hücumda "88” nömrə" yenə hədəfə düşə bilmədi. Maksim də bərbad zərbəylə diqqəti çəkdi. Meydan sahibləri qol epizodalarını sağa-sola xərclədiyi bir vaxtda qonaqlar hissənin sonuna yaxın topa nəzarəti ələ keçirdi. Və 45-ci dəqiqədə Şakirin qapı önü asmasına yüksələn Vəlizadə Balayevi məyus etməklə hesabı bərabərləşdirdi.

Komandalar ikinci hissəyə də ehtiyatlı başladı. Mübarizə 20 dəqiqədən çox əsasən meydanın mərkəzində getdi. Qapıya ilk həmlə isə qonaqlardan gəldi. Runinin zərbəsini Vüqar zərərsizləşdirdi. 77-ci dəqiqədə "Səbail" 2-ci hissədə ən real qol vəziyyətini yaratdı. Mazurek Ağabalanı “gördü”, kapitan isə cərimə meydançasına daxil olub qapını nişan aldı. Lakin Tərlan əla seyvlə qola imkan vermədi. Çexin zərbəsi də hədəfə düşmədi. 81-ci dəqiqədə isə Lyuyiç uzun ötürməylə Zakpanı “gördü”. "11” nömrənin cərimə meydançasına soxulub iti bucaq altından vurduğu zərbəyə Tərlan növbəti seyvlə cavab verdi. Oyunun sonlarında tovuzlular yenidən təşəbbüsü ələ almaqla qol axtarışına çıxdı. Marandiçin cərimə zərbəsindən sonra top qapının üstündən keçdi. Henri və Ehtiramın həmlələrini isə qapıçı zərərsizləşdirdi. Ehtiramın qapı önünə asmasına yüksələn Pusinin zərbəsini də Emil dəf etdi. Beləliklə, referinin final fiti heç-heçəni rəsmləşdirdi.


Gözdən qaçmadı
* Tovuzlu azarkeşlər dövlət bayrağıyla yanaşı, klubun və Türkiyənin bayrağı ilə “silahlanmışdı”. Onlar start fitindən öncə Ayxan Abbasovu alqışladı. Baş məşqçi də öz növbəsində azarkeşlərə təşəkkürünü bildirdi.
* 57-ci dəqiqədə Ağabala Ramazanov 4-cü hakimə "görmürsən, məni tutub dartırlar", - deyə etiraz etdi.
* Hakimin final fitindən sonra tovuzlu azarkeşlər "Turan”, sən bizim ürəyimizsən", “Ayxan, Ayxan” şüarı səsləndirdi. "Turan Tovuz"un futbolçuları isə qazandıqları 1 xalı qeyd etmək üçün azarkeşlərə yaxınlaşıb təşəkkürünü bildirdi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-12-2022, 22:0

Lider fərqi artırdı, autsayder dəyişdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

24-02-2023, 20:0

"Zirə"dən səfər qələbəsi, Bayılda bərabərlik - YENİLƏNİB

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

9-03-2023, 19:0

Zirvədə sabitlikdi, zirzəmi isə qaynayır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

7-02-2023, 14:0

Autsayder dəyişdi, “Sabah” liderə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

7-11-2022, 16:0

Samir Abasov siftə etdi, Ayxan Abbasov azarkeşlərə mesaj göndərdi - TURUN ŞƏRHİ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 248
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə