• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

"Qəbələ" çempionatın ikinci yarısında yaxşı oyun sərgiləsə də, qələbəyə həsrət idi.

"Qırmızı-qaralar" 4 tura 3 xal toplamışdı. Bir pillə öndəki "Zirə"nin “Qarabağ"la qarşılaşmada xal itirmək ehtimalının yüksək olması da Elmar Baxşıyevin komandasının qələbəyə köklənəcəyinə bir işarə idi. Ötən turda doğma meydanda "Şamaxı"ya çətinliklə qalib gələn "Sumqayıt" isə Qəbələyə uğuru davam etdirmək üçün yollanmışdı.

Matça da qonaqlar daha istəkli başladı. "Sumqayıt" topa nəzarət etməklə oyunu meydanın rəqibə aid hissəsində keçirirdi. İlk həmlə də "kimyaçılar"dan gəldi.Tisdel bir qədər irəlilədikdən sonra Xaçayevi “gördü”. Onun zərbəsi isə tirə dəyərək meydanı tərk etdi. Tədricən təşəbbüsü ələ alan meydan sahibləri top saxlamağa başladı. Lakin "qırmızı-qaralar" heç cür qapıya zərbə vura bilmirdi. Nəhayət, 23-cü dəqiqədə Asifin cinahdan asmasına Ülvi yetişsə də, zərbəsi bərbad alındı. "Kimyaçılar" buna daha təhlükəli hücumla cavab verdi. Səbuhi Xaçayevi zərbə mövqeyinə çəxarsa da, bu dəfə dirək "Qəbələ"ni xilas etdi. Ardınca Tisdel Səbuhiyə assistlik etsə də, Səlahət zərbə zamanı etibarlı oynadı. Hissənin sonlarına yaxın meydan sahibləri təzyiqi artırdı. Əvvəlcə Urfan cinahdan reyd edərək Santosu zərbə mövqeyinə çıxardı. Lakin braziliyalının həmləsi uğursuz alındı. Növbəti hücum zamanı İsnik baş ötürməsiylə Ülvini “gördü”. "14 nömrə" isə cinahdan reyd edib, cərimə meydançasına daxil olaraq qarşısıalınmaz zərbəylə hesabı açdı.

Fasilədən sonra da "qırmızı-qaralar" oyuna fəal başladı. Asifdən ötürmə alan Santos iti bucaq altından zərbə vursa da, Bayramov üçün topu tutmaq çətin olmadı. 56-cı dəqiqədə isə uzaqdan qapını yoxlayan İsnikin zərbəsinə Bayramov reaksiya verərkən səhvə yol verdi. Özünü yetirən Rafael topu tora göndərməklə fərqi artırdı. 59-cu dəqiqədə Todoroskinin cərimə zərbəsindən qapı önünə asmasına Abubakar yüksəlsə də, Səlahət topu dəf etdi. Kamran qayıdan topu tora göndərsə də, hakim ofsayd qeydə aldı. "Qəbələ" buna Ülvi - Santos cütlüyünün təşkil etdiyi hücumla cavab versə də, braziliyalının cərimə meydancasına soxularaq zərbə vurmasına qapıçı mane oldu. Bundan sonra oyun bir müddət əsasən meydanın mərkəzində getdi. 73-cü dəqiqədə isə meydana sonradan çıxan Nihad Əhmədzadə diqqət mərkəzinə düşdü. 16 yaşlı futbolçunun cinah reydindən sonra iti bucaq altından zərbəsini Səlahət kornerə çıxardı. 75-ci dəqiqədə "kimyaçılar" üç dəfə “çərçivə”ni işan aldılar. Səbuhinin zərbəsini Səlahət dəf etdisə, Abubakarın boş qalan qapıya düşməsinə Qırtımov özünü sipər edərək mane oldu. Qalan dəqiqələrdə də hücumlarını davam etdirən qonaqlar Səbuhi və Abubakarla hədəfə düşə bilmədi. Elmar Baxşıyevin yetirmələri buna Utziqin zərbəsiylə cavab versə də, top tirə tuş gəldi. Qonaqlar, nəhayət, 85-ci dəqiqədə istəyinə çatdı. Süleymanın qapı önünə asması zamanı Səlahətlə İsnik bir-birini başa düşmədi ki, nəticədə "5 nömrə" avtoqol müəllifi oldu. Bundan ruhlanan qonaqlar irəli atılsa da, "Qəbələ" komanda şəklində sıx müdafiə olunmaqla hesabın dəyişməsinə imkan vermədi. Referinin final fiti bölgə təmsilçisinin qış fasiləsindən sonrakı ilk qələbəsini rəsmləşdirdi.

Gözdən qaçmadı
* Oyunun başlamasına təxminən 2 saat qalmış "Sumqayıt"ın baş məşqçisi Samir Abasov təkbaşına meydanda xeyli gəzişdi
* Matçöncəsi qocaman yerli azarkeşlə Murad Musayev arasında dialoq baş tutdu. Onun "Sumqayıt"ı da udmasaz, üzə çıxmayın, bir də oyununuza gələn deyilik” sözünə futbolçu gülərək "oldu" cavabını verdi.
* Komandalar isinmə hərəkətləri edərkən Vüsal İsgəndərli ilə Murad Musayev qucaqlaşıb, deyib-güldülər.
* 69-cu dəqiqədə Todoroski hücuma çıxmaq istəyərkən yerdə rəqib futbolçu olduğuna görə hakim topu çıxarmasını istədi. “12 nömrə” də onu “Qəbələ”nin ehtiyat oyunçular skamyasına vurdu.
* Oyundan sonra "Qəbələ"nin futbolçuları qələbə sevincini “Red Black Army" fanklubu ilə birgə qeyd etdi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

14-02-2023, 14:0

“Sumqayıt” 1 qolla 1 pillə irəlilədi - REPORTAJ

Premyer-liqa / Manşet

27-12-2022, 13:0

Liderlər fasiləyə itkisiz yollandı - TURUN ŞƏRHİ

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 177
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə