Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.
Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Şamaxı-2"nin fasilədən necə yararlanacağını aydınlaşdırmaq üçün məşqçi Ruslan Əmircanovla danışdıq:
"Yığmanın oyunlarıyla bağlı fasilə yaransa da, biz istirahətə çıxmadıq. Çünki martın 24-də "Mingəçevir"lə təxirə salınan çempionat oyunumuz var. Məşqlər şən abu-havada keçir. Bu matç olmasaydı, daha çox istirahət edər və əlavə sınaq oyunu da keçirərdik. Hazırda "Mingəçevir" ilə qarşılaşmaya fokuslanmışıq".
ABDULLA İSMAYILOĞLU