Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.
Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Qaradağ Lökbatan"ın fasilədən necə yararlanacağıyla bağlı baş məşqçi Azər Həşimovdan açıqlama aldıq:
"Son turda doğma meydanda "Şamaxı-2"yə məğlubiyyətdən sonra fasilə vermədən məşqlərə davam etdik. Yalnız bu gün son məşqimizi etdikdən sonra futbolçulara bayramla əlaqədar istirahət verdik. Martın 23-də toplaşacağıq. Yoxlama oyunu keçirməyəcəyik. Əvəzində öz aramazıda ikitərəfli matç nəzərdə tutulur".
ABDULLA İSMAYILOĞLU