Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq MOİK-in fasilədən necə yararlanacağıyla bağlı baş məşqçi Qəzənfər Abbasovdan açıqlama aldıq:
"Sumqayıt-2" ilə matçdan sonra məşqlərə ara vermədik. Hətta martın 17-də U-18 millimizlə yoxlama oyunu da keçirdik. Ondan sonra futbolçuları istirahətə buraxdıq. Martın 22-də yenidən toplaşacağıq. Əlavə yoxlama oyunu nəzərdə tutulmayıb".
ABDULLA İSMAYILOĞLU





