"Araz Naxçıvan"ın Tovuz planı - AÇIQLAMA

20.03.2023 16:29 414
I liqa
Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Araz Naxçıvan"ın fasilədən necə yararlanacağıyla bağlı baş məşqçi Azər Bağırovdan açıqlama aldıq:

"Son turdan sonra bayramla bağlı istirahətə çıxdıq. Sabahdan artıq məşqlərə başlayırıq. Yoxlama oyunu nəzərdə tutulmayıb. Martın 30-da "Turan Tovuz"la keçirəcəyimiz qarşılaşmaya ciddi hazırlaşacağıq. Tovuz səfərinə martın 28-də çıxacağıq".


ABDULLA İSMAYILOĞLU