"Kəpəz-2" məcbur qalıb - AÇIQLAMA

22.03.2023 16:54 449
I liqa
Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Kəpəz-2"nin fasilədən necə yararlanacağını aydınlaşdırmaq üçün baş məşqçi Xaliq Mərdanovla əlaqə saxladıq:

"Fasilədən səmərəli istifadə etmək istədik. Martın 19-da "İmişli"ylə yoxlama oyunu keçirməliydik. Amma qarşı tərəfin heyətində problemlər oldğundan görüş baş tutmadı. Məcbur qalıb Göygölün həvəskar komandasıyla oynadıq. Oyundan sonra bayramla əlaqədar futbolçularlmıza 3 günlük istirahət verdik. Bu gündən yığşmışıq. Martın 30-da doğma meydanda "Qaradağ Lökbatan"la çətin oyunumuz var. Çalışacağıq matça qədər yaxşı hazırlaşaq".


ABDULLA İSMAYILOĞLU