Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.
Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Mingəçevir"in fasilədən necə yararlanacağını klubun İdarə Heyətinin sədri Ruslan Həmidovdan soruşduq:
"Məlum avtobus qəzası üzündən "Şamaxı-2" ilə oyunumuz təxirə salındı. Ona görə də 21-ci turda "Kəpəz-2" ilə oyundan sonra komandanı istirahətə buraxmadıq. Martın 24-də təxirə salınan matçımız baş tutacaq. Ondan sonra isə 22-ci turda gerçəkləşəcək "Sumqayıt-2" ilə oyuna hazırlaşacağıq".
ABDULLA İSMAYILOĞLU