Divizion təmsilçisi premyer-liqa klubu ilə yoxlama oyunu keçirəcək

22.03.2023 15:55 457
I liqa / Manşet
Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Səbail-2"nin fasilədən necə yararlanacağını aydınlaşdırmaq üçün baş məşqçi Asif Mirili ilə danışdıq:

"Son turdan sonra komandaya bir gun istirahət verdim. Sonra məşqləri bərpa etdik, martın 19-da ikitərəfli oyunumuz oldu. Bayramla əlaqədar 3 gün istirahət etdik. Sabahdan məşqlərə başlayırıq. Martın 25-də əsas komanda ilə yoldaşlıq oyunu keçirəcəyik. Ardınca "Şamaxı-2" ilə çempionat matçına hazırlaşacağıq".


ABDULLA İSMAYILOĞLU