"İmişli"nin planı baş tutmayıb

20.03.2023 13:30 441
1-ci liqa
Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "İmişli"nin fasilədən necə yararlanacağıyla bağlı baş məşqçi Ruhid Usubovdan açıqlama aldıq:

"Hamı kimi biz də bayrama çıxmışıq. Martın 22-də məşqlərə başlayacağıq. Heyətdə zədəli futbolçular var. Əsas onların bərpa olunmasıyla məşğul olacağıq. Yoldaşlıq oyunu keçirmək planımızda var idi. Amma zədəlilərə görə qarşılaşma baş tutmayacaq. Çalışacağıq fasilədən yaxşı istifadə edərək çempionata hazır olaq".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul