ÇL-də “Mançester Siti”yə qarşı oynaya biləcək

18.03.2023 17:43 254
Çempionlar Liqası
Çempionlar Liqasının 1/4 finalında “Bavariya”nın “Mançester Siti”yə rəqib olması istər-istəməz Joao Kanselunu yada salıb.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu yanvarda İngiltərə klubundan icarə əsasında münhenlilərin sıralarına keçib.

28 yaşlı Kanselu MS-yə qarşı oynaya biləcək. O, bu mövsüm “Bavariya”nın heyətində meydana çıxdığı 8 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.