Çempionlar Liqasında yarımfinala vəsiqə “Mançester Siti”yə baha başa gəlib.
İngiltərə klubu 1/4 finalın “Atletiko” ilə cavab oyununda (0:0) 3 oyunçusunu itirib. Yarımmüdafiəçi Kevin De Bruyne 65-ci, müdafiəçi Kayl Uoker isə 8 dəqiqə sonra zədələnərək meydanı tərk ediblər. “Şəhərlilər”in digər müdafiəçisi Joao Kanselu isə son dəqiqələrdə sarı vərəqə alıb.
Portuqaliyalı futbolçu cəzalı duruma düşdüyü üçün yarımfinalın ilk oyununda “Real”a qarşı oynaya bilməyəcək.
“Mançester Siti” 3 oyunçusunu itirdi
Dünya futbolu




