Atası da Neymarın klubunda işləyəcək

11.11.2026 23:17 0
Dünya futbolu
Neymarın atası da “Santos”da işləyəcək.

"Football-plus.az" xəbər verir ki, Neymar da Silva Braziliya klubunun baş icraçı direktoru təyin olunub. Prezident Marselo Teyşeyranın bildirdiyinə görə, o, dekabr ayına qədər klubun strateji planlaşdırma məsələlərinə rəhbərlik edəcək. Teyşeyra dekabrın 12-də keçiriləcək prezident seçkilərində yenidən qalib gələrsə, Da Silva vəzifəsində qalacaq.

Qeyd edək ki, ata Neymar oğlunun “Santos”a qayıdışından sonra klubun fəaliyyətində fəal iştirak edib. O, “NR Sports” şirkəti vasitəsilə stadionun təkmilləşdirilməsi, paltardəyişmə otaqlarının yenilənməsi və tribunaların rənglənməsi kimi layihələrdə iştirak edib.