Bəs problemin həlli yönündə hansı işlər görülür? Hazırda maliyyə durumunun yaxşılaşdırılması ilə bağlı ümid yeri varmı?
Bu suallarla “Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hazırda istər rəhbərlik, istərsə də Futbolun İnkişf Fondu problemlərin aradan qaldırılması yönündə addımlar atır. Çalışırıq ki, qısa müddətdə maddi sıxıntılardan xilas olaq. Sponsorluq məsələsi ilə bağlı 3-4 iş adamıyla danışıq aparılır. Lakin hələ konkret mövqe sərgiləyən yoxdu. İndi əsas məqsəd ən pis halda maaşların bir qismini ödəmək, futbolçuların qalmaq üçün yer və qida çatışmazlıqlarını aradan qaldırmaqdı. Çox güman, komanda növbəti turda meydana çıxacaq”.
Xatırladaq ki, “Mingəçevir” noyabrın 19-da 8-ci turda “Baku Sportinq”i qəbul etməlidi. “Qum saatı” öz işindədi, vaxt azalır...
KƏNAN BAHADIR





