“Mançester Siti” büdcəsinə görə dünyada birincidi

2.04.2022 22:30 1 425
Dünya futbolu
“Deloitte” şirkəti dünyanın ən böyük büdcəyə malik klublarının siyahısını hazırlayıb.

Cədvələ “Mançester Siti” başçılıq edir.
İngiltərənin son çempionu 644 milyon 900 min avro büdcə ilə liderdi. “Real” bu planda 2-ci, “Bavariya” isə 3-cü yerdədi. Dünyanın ən böyük büdcəyə (milyon avro ilə) malik 10 klubunun siyahısı aşağıdakı kimidi:

1. Mançester Siti (İngiltərə) 644,9
2. Real (İspaniya) 640,7
3. Bavariya (Almaniya) 611,4
4. Barselona (İspaniya) 582,1
5. Mançester Yunayted (İngiltərə) 558
6. PSJ (Fransa) 556,2
7. Liverpul (İngiltərə) 550,4
8. Çelsi (İngiltərə) 493,1
9. Yuventus (İtaliya) 433,5
10. Tottenhem (İngiltərə) 406,2