Ronaldonun statusu kimə həvalə olunacaq?

12.11.2026 10:00 0
Dünya futbolu
Kriştiano Ronaldonun Portuqaliya yığmasında çıxışını başa vurandan sonra kapitanlıq sarğısını kimin daşıyacağı sualı aktuallıq qazanıb.

"Football-plus.az" xəbər verir ki, milli komandanın baş məşqçisi Jorje Jezuş bu statusa namizəd olan futbolçuların adlarını açıqlayıb. Təcrübəli mütəxəssis “Record” nəşrinə açıqlamasında yığmada kapitan seçiminin futbolçuların keçirdiyi oyunların sayına əsasən müəyyənləşdirildiyini bildirib.

Jezuş hazırda yığmada ən çox oyun keçirən beş futbolçunun olduğunu söyləyib. Ronaldodan sonra ən çox oyuna Bernardo Silva, Ruben Diaş, Joao Kanselo, Ruben Neveş və Bruno Fernandeş çıxıb. Bu namizədlərdən birinin kapitan olacağı dəqiqdi.