"Neftçi" Yunanıstan təmsilçisinə qalib gəldi

11.11.2026 22:34 81
İdman
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun 6-cı turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edib. Təmsilçimiz rəqibini 84:80 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.

“Neftçi” növbəti matçını noyabrın 18-də Latviyanın VEF “Riqa” komandasına qarşı keçirəcək.