"Bavariya"nın üzvü Sadio Manenin nə zaman yaşıl meydanlara qayıdacağı bəlli olub.
Football-plus.az xəbər verir ki, noyabrın 17-də əməliyyat olan futbolçu 2 ay sonra Münhen təmsilçisinin sıralarına dönəcək. "Bavariya"nın həkimləri yarımmüdafiəçinin fevralın 15-də Çempionlar Liqasının 1/8 finalında PSJ ilə qarşılaşacağı oyun üçün hazır etmək niyyətindədilər.
Qeyd edək ki, Mane bu mövsüm 23 matçda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.