Şahmatçımız Avropa çempionu oldu

12.11.2026 10:31 0
İdman
Təmsilçimiz Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

18 yaşadək qızların mübarizəsində çıxış edən Abdinova 8-ci turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da bütün görüşlərini qalibiyyətlə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.

Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.