“Mançester Siti”də yeni müqavilə

15.06.2022 22:50 331
Dünya futbolu
Skott Karson klubundan aldığı yeni təklifi qəbul edib.

O, “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.

36 yaşlı qapıçı İngiltərə klubunda 2019-cu ildən çıxış edir. O, ötən üç ildə komandanın qapısını yalnız iki oyunda qoruyub: 2021-ci ildə premyer-liqada “Nyukasl”a (4:3), bu il isə Çempionlar Liqasında “Sportinq”ə (0:0) qarşı oyunlarda şans qazanıb.