İngiltərə klubunda yeni müqavilə

25.02.2023 22:07 219
Dünya futbolu
“Nyukasl” Migel Almironla müqaviləni yeniləyib.

Football-plus.az xəbər verir ki, 29 yaşlı paraqvaylı yarımmüdafiəçi ilə 3,5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Almiron bu mövsüm premier-liqada iştirak etdiyi 23 oyunda 10 qol vurub. O, “Nyukasl”ın ən yaxşı bombardiridi. Migel bu komandada 2019-cu ilin yanvarından çıxış edir.