“Nyukasl”da yeni müqavilə

28.01.2023 14:10 278
Dünya futbolu
Kiran Trippyer “Nyukasl” rəhbərliyinin yeni təklifini qəbul edib.

Football-plus.az xəbər verir ki, ingilis müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb.

32 yaşlı Kiran “Nyukasl”a 2022-ci ilin yanvarında “Atletiko”dan keçib. O, bu mövsüm premyer-liqada meydana çıxdığı 20 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.