İngiltərə klubunda yeni müqavilə

3.05.2022 20:17 596
Dünya futbolu
Fabian Şer klubundan aldığı yeni təklifi müsbət cavablayıb.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı müdafiəçi “Nyukasl” ilə müqaviləsinin müddətini ikiilliyə artırıb.

O, bu komandada 2024-cü ilin yayına qədər oynamaq hüququ qazanıb.

İsveçrə yığmasının oyunçusu “sağsağanlar”ın formasını 2018-ci ildən daşıyır. Fabian bu mövsüm premyer-liqada meydana çıxdığı 24 oyunda 2 qol vurub.